Cavidan Novruz (Cavidan Ramiz oğlu Novruz; ) — aktyor, müğənni, bəstəkar.
Həyatı Cavidan Novruz 12 fevral 1987-ci ildə Bakı şəhərində xalq artisti Ramiz Novruzun ailəsində anadan olub.
Səbail rayonu 7 nömrəli orta məktəbi 2005-ci ildə bitirdikdən sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dram-kino aktyorluğu fakültəsinə Xalq artisti Kamal Xudaverdiyevin kursuna qəbul olub. Universiteti 2009-cu ildə bitirmişdir.
Ailəsi Cavidan Novruz xalq artisti Ramiz Novruzun oğlu, stilist Şəfəq Novruzovanın qardaşıdır.
Ailəlidir. Turan adında bir oğlu var.
Fəaliyyəti
Musiqi Aktyorluqla bərabər vokalla da məşğul olub. Azər Zeynalovdan təhsil alıb.
Cavidan Novruz müğənnidir. O ifaçı kimidə Türkdilli dövlətlərdə Azərbaycanı layiqincə təmsil edib. "Avrasiya yıldızı" yarışmasında 2-ci yerə qədər çıxmışdır. Eyni zamanda da ifa etdiyi mahnılar var ki, bəstələri özünə aiddir.
"Son qərar", "Yasandı bitdi", "Gəl gör məni eşq neylədi", "İkimiz" adlı mahnılarını bəstələyib və "Ezizim Fellini" kino-filmdəki soundtrack "Hardasan" mahnısını ifa edib.
Kino Universitetə qəbul olduğu il Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının istehsalı olan "Cavad xan" filmində ilk böyük rola Cavadxanın kiçik oğlu (Əliqulu xan) roluna dəvət alıb.
Uşaq yaşlarından Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində bir çox tamaşalarda rollar alıb və uşaq yaşlarından filmlərdə çəkilib.
Filmoqrafiya Bəsdir, ağlama! (film, 1999) Cavad xan. Filmin filmi (film, 2007) Cavad xan (film, 2009) Qız atası (teleserial, 2014) (27-ci, 90-cı 182-ci bölümlər) Vicdan haqqı (teleserial, 2016) Axırıncı yol (film, 2016) Bacanaqlar (film, 2017) De sən öl (film, 2018) Komedixana (2019-günümüz) Xəyanət Serialı(teleserial 2024-2025)
İstinadlar
Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Azərbaycan müğənniləri Kateqoriya:Azərbaycan bəstəkarları Kateqoriya:Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Maşın Şounun iştirakçıları Kateqoriya:XXI əsr Azərbaycan aktyorları