Azərbaycan avtomobil dövlət qeydiyyat nişanı — Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı Azərbaycan Respublikasının ərazisində və ya onun hüdudlarından kənarda yol hərəkətində olan hər bir nəqliyyat vasitəsini fərqləndirən, onun qabaq və arxa hissələrində (motosikletlərdə, traktorlarda və qoşqularda isə yalnız arxa hissəsində)müəyyən edilmiş yerlərdə bərkidilmiş xüsusi lövhədir. Azərbaycan Respublikasında nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı ərəb rəqəmlərindən və latın əlifbasının baş hərflərindən istifadə edilməklə tərtib olunur.

Nəqliyyat vasitəsi dövlət qeydiyyatı üzrə uçota alındıqda "Yol hərəkəti haqqında" Qanunun 27-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş orqanlar tərəfindən nəqliyyat vasitəsinin sahibinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı verilir. Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının verilməsi üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məbləğdə haqq ödənilir.

Azərbaycan nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarına qoyulan tələblər AZS 599–2015 "Nəqliyyat vasitələri və onların qoşqularının dövlət qeydiyyat nişanları. Tipləri və əsas ölçüləri. Texniki tələblər" standartı ilə tənzimlənir.

Tarixi SSRİ dövründə Azərbaycanda avtomobillərin qeydiyyatı SSRİ standartlarına uyğun olaraq, avtomobillər üçün АГ, АЖ və АЗ seriyalarından, qoşqu vasitələri üçün АЗ və АУ seriyalarından istifadə olunmuşdur. Müstəqillik əldə olunduqdan sonra avtomobillərin qeydiyyat nömrəsi dəyişilərək "RRHRRR AZ" formatına keçdi. İlk iki nömrə avtomobilin seriya nömrəsinin qeydiyyat rayonunu bildirirdi. 1993-cü ildə seriya nömrələrinin qeydiyyatında dəyişiklik edildi. 1991-ci ildəki qeydiyyat formatına bir hərf əlavə edildi, rəqəmlər ilə hərflər bir-birindən defislə ayrıldı, sağda olan "AZ" indeksi sol tərəfə yerləşdirildi və indeksin yuxarısında Azərbaycan bayrağı qeyd olundu. 2011-ci ildə seriya nömrəsinin görünüşü bir qədər dəyişdirildi: Azərbaycan bayrağı düzbucaqlı formada əks olundu (əvvəllər bayraq "dalğalı" formasında idi), həmçinin nömrələrə açıq-boz düzbucaqlı dördbucaq formasında qoruyucu çiplər yerləşdirildi. Bircərgəli nömrə nişanlarında çip, sol alt küncdə, ikicərgəli nömrə nişanlarında sağ üst hissədə (faktiki olaraq "AZ" kodu bu çiplərin üzərində yerləşir) qoyulur.

Növləri thumb|Avtomobil qeydiyyat nişanları

Avtomobillər, avtobus və qoşqu vasitələri üçün qeydiyyat nişanları thumb|Dövlət Yol Polisi işçilərinə xas qeydiyyat nişanı Ağ fonda qara simvollardan istifadə olunur. Format — iki rəqəm (region kodu), iki hərf və üç rəqəm; qruplar defislə bölünür. Nömrənin sol hissəsində Azərbaycan bayrağı və düzbucaqlı dördbucaqda "AZ" avtomobil ölkə kodu yerləşir. Dövlət nömrə nişanının ikicərgəli variantında kodla bayraq daha yaxın sol yuxarı küncdə yerləşir, yuxarı sırada qeydiyyat regionunu bildirən iki rəqəm, altda isə hərfi seriya və üç rəqəm yerləşir. İkicərgəli nömrələrdə defislərdən istifadə olunmur.

Hüquqi şəxsin adına qeydiyyata alınan nömrələrin hərf seriyasının ilk hərfi A ilə başlayır.

Qoşqu vasitələri üçün hərf seriyasının ilk hərfi Z olan nömrələrdən istifadə olunur.

YP hərfi seriyası Dövlət yol polisinin nəqliyyat vasitələrində istifadə olunur. thumb|241x241px|Taksi, avtobuslar üçün qeydiyyat nişanları

Sərnişin daşımalarını həyata keçirən nəqliyyat vasitələri üçün qeydiyyat nişanları Arxası göy fonda ağ simvollardan istifadə olunur. Hərf seriyasının ilk hərfi — 'T 'ilə başlayır.

Bu tip qeydiyyat nişanlarından istifadə edən sürücülər əsasən sərnişin daşımaları ilə məşğul olur. Adətən, rəsmi taksi sürücülərində və ictimai avtobuslarda rast gəlmək mümkündür.

Sərnişin daşımaları həyata keçirən avtomobillər üçün nəzərdə tutulmuş bu qeydiyyat nişanlarını almaq üçün avtomobilin xüsusi fərqləndirici nişanının olması vacibdir. Əks təqdirdə, arxa fon göy rəngli olan bu qeydiyyat nişanları almaq qeyri-mümkünsüzdür.

İctimai avtobuslar üçün isə heç bir xüsusi sənəd tələb edilmir.

Motosikllər və xüsusi texnika vasitələri üçün qeydiyyat nişanları Ağ fonda qara simvollardan istifadə olunur. Motosikllər üçün nəzərdə tutulmuş qeydiyyat nişanları iki cərgədən ibarət olur və sol üst küncdə Azərbaycan bayrağı və "AZ" kodu yerləşir. Bu növ qeydiyyat nişanlarında yuxarı sırada iki rəqəm (region kodu) və defis vasitəsilə ayrılmış bir hərf yer alır. Qeydiyyat nişanının aşağı hissəsində isə üç rəqəm yerləşir. Xüsusi texnika və avadanlıqlar üçün nəzərdə tutulmuş qeydiyyat nişanları motosiklet nömrələrinə çox oxşardır, yalnız defis vasitəsilə ayrılmış bir hərf və üç rəqəm alt hissədə, region kodu isə üst hissədə yerləşir. thumb|226x226px|Tranzit avtomobillər üçün qeydiyyat nişanları Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları avtomobillərə iki ədəd, motosikl və qoşqulara bir ədəd verilir.

Tranzit avtomobillər üçün qeydiyyat nişanları Ağ fonda qara simvollardan istifadə olunur. İki hərf və defis istifadə olunmadan yazılmış 3 rəqəmdən ibarətdir.

Sol tərəfdə ensiz yaşıl zolaq yerləşir. Bu zolaqla kəsr formalı "AZ" (surətdə) və "TR" (məxrəcdə) kodları qeyd olunub. Xırda şriftlərlə sağ küncdə qeyd olunan rəqəmlər isə avtomobil aid olduğu regionun kodunu bildirir. thumb|232x232px|Ali rəhbərlik qeydiyyat nişanı

Ölkənin ali rəhbərliyinin qeydiyyat nişanları Bu nömrə nişanı növü adi avtomobil nömrələrinə oxşardır, amma nömrələrdə defislər yoxdur. Nömrənin sol hissəsindəki bayraq mərkəzə (hərfi seriyanın və üç rəqəmin arasında) köçülmüşdür və lövhənin enini əhatə edir. Bu nömrələrə adətən icra başçılarında, dövlət işlərində işləyən şəxslərə verilən avtomobillərin üzərində rast gəlmək mümkündür. thumb|234x234px|Xarici vətəndaşa aid avtomobil qeydiyyat nişanı

Xarici vətəndaşlara aid avtomobillər üçün qeydiyyat nişanları Azərbaycan ərazisində müvəqqəti və daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, habelə xarici hüquqi şəxslərin nümayəndəlik və filiallarının nəqliyyat vasitələri istifadə edə bilər. Açıq-narıncı fonunda qara simvollardan istifadə olunur.

Nişan — bir hərf və altı rəqəmdən (ikicərgəli nömrədə hərf yuxarı sırada yerləşir, rəqəmlər aşağı sırada yerləşir)və solda dövlət bayrağı və "AZ" kodundan ibarətdir. thumb|236x236px|Xarici şirkətin nümayəndiliyinin əməkdaşına aid avtomobilin qeydiyyat nişanı Qeydiyyat nişanının hərflərə görə bölünməsi:

M — avtomobil xarici şirkətin nümayəndəliyinin əməkdaşına aiddir;

H — avtomobil xarici vətəndaşa aiddir;

P — avtomobil ölkədən ixrac üçün nəzərdə tutulmuşdur.

Fəxri konsulluqların nəqliyyat vasitələrinə "FK" seriyası üzrə dövlət qeydiyyat nişanı verilir.

Diplomatik avtomobillər üçün qeydiyyat nişanları thumb|237x237px|Diplomatik avtomobillər üçün qeydiyyat nişanları Qırmızı fonda ağ simvollarla yerinə yetirilir. Nişan — hərf(lər) dörd/beş rəqəmdən ibarətdir. Birinci üç rəqəm nümayəndəliyin ölkəsini ifadə edir; ikicərgəli nömrələrdə hərf üst sırada, rəqəmlər alt sırada yerləşir.

Bu tip qeydiyyat nişanlarının digərlərindən fərqli cəhəti üzərində Azərbaycan Respublikasının Dövlət Bayrağının yer almamasıdır.

Şəhərlərin kodları Qeydiyyat nişanı Məntəqə Qeydiyyat nişanı Məntəqə Qeydiyyat nişanı Məntəqə 01 Abşeron 27 Xankəndi 52 Salyan 02 Ağdam 28 Xocavənd 53 Siyəzən 03 Ağdaş 29 Xızı 54 Sabirabad 04 Ağcabədi 30 İmişli 55 Şəki 05 Ağstafa 31 İsmayıllı 56 Şamaxı 06 Ağsu 32 Kəlbəcər 57 Şəmkir 07 Astara 33 Kürdəmir 58 Şuşa 08 Balakən 34 Qax 59 Tərtər 09/13 Bərdə 35 Qazax 60 Tovuz 10/77/88/90 Bakı 36 Qəbələ 61 Şahbuz 11 Beyləqan 37 Qobustan 62 Zaqatala 12 Biləsuvar 38 Qusar 63 Zərdab 14 Cəbrayıl 39 Qubadlı 64 Zəngilan 15 Cəlilabad 40 Quba 65 Şərur 16 Culfa 41 Laçın 66 Şirvan 17 Daşkəsən 42 Lənkəran 67 Babək 18 Şirvan 43 Lerik 68 Tərtər 19 Füzuli 44 Masallı 69 Ordubad 20 Gəncə 45 Mingəçevir 70 Ucar 21 Gədəbəy 46 Naftalan 71 Yardımlı 22 Goranboy 47 Neftçala 72 Yevlax 23 Göyçay 48 Oğuz 75/85 Naxçıvan MR 24 Hacıqabul 49 Saatlı 99 Ümumi ölkə kodu 25 Göygöl 50 Sumqayıt 26 Xaçmaz 51 Samux

Kateqoriya:Azərbaycanda nəqliyyat Kateqoriya:Ölkələrinə görə nəqliyyat vasitəsi qeydiyyat nişanları Kateqoriya:Azərbaycan nəqliyyat siyahıları