Miro Yaroş ( 14 mart 1978, Jilina) - slovakiyalı müğənni.

Həyatı Miro uşaqlığını Tepliçke nad Vahom şəhərində keçirib. Məktəbi bitirdikdən sonra, o İngiltərəyə köçərək 2 ildən artıq müddət ərzində işləyir və ingilis dilini öyrənir. Slovakiyaya qayıtdıqdan sonra, On the way adlı musiqi proektini yaradır. Onun ifasında sinqllar yerli radioda səsləndirilməsinə baxmayaraq, yayımcılar onun mahnılarını uzun müddət qəbul etmirdilər.

2001-ci ildə albomunu yaratmaq məqsədilə Miro İsrailə pul qazanmağa gedir. O Təl Əvivdə 4 il yaşayır. Pul qazanmaq üçün o həmçinin model kimi çalışaraq What a wonderful place adlı israil serialında qısa rollarda da çəkilmişdi. O həmçinin orada yerli əhaliyə xırda konsertlər verir. Burada o prodüser Cerri Vlodavski ilə tanış olur. O şərq üslubunda bir neçə sinqlların demo versiyalarını yazdırır, lakin bu proekti sona çatdıra bilmədiyindən, Miro 2004-cü ildə İsraili tərk edərək, Slovakiyada keçirilən Slovensko Superstar konkursunda iştirak etmək qərarına gəlir. Yarışmada o finala altıncı sırada daxil olur. Finalda isə o yeni yadığı "Kým vieš snívať" sinqlı ilə uğur qazanır.

2005-ci ildə onun Exoterika adlı debüt albomu satışa çıxaraq platin mükafatı qazanır. Onun növbəti Tlaková níž (2008) və Tráva musí rásť (2010) albomları çox böyük populyarlıq qazanır; onun yeni sinqlları isə Slovakiyanın radiolarında ən çox səsləndirilən komozisiyalara çevrilir. 2012-ci ildə müğənni özünün ən sevimli hit mahnılarını birləşdirən Všetko najlepšie adlı albom buraxır.

Diskoqrafiya Studiya albomları 2005 - Exoterika 2008 - Tlaková níž 2010 - Tráva musí rásť 2012 - Všetko najlepšie

Mahnıları 2005 – „Yalla yalla“ 2005 – „Šamanka“ (Şamanka) 2006 – „Na chvíľu“ 2006 – „Mishtagea“ 2006 – „Honolulu Bahamy“ (Honolulu, Baham adaları) 2007 – „Tlaková níž“ (Depressiya) 2008 – „Obyčajný“ (Ümumi) 2008 – „Spadla z oblakov“ 2009 – „Čierne písmená“ (Qara məktublar) 2009 – „Sny“ (Yuxular) 2009 – „Na dne mora“ (Dənizin dibində) 2010 - „Dole hlavou“ 2010 - „Tráva“ (Ot) 2010 - „Čierny dážď“ (Qara yağış) 2011 - „Kým máme seba“ (O zaman ki biz) 2011 - „Nechce sa mi tancovať“ (Rəqs edə bilmirəm) 2011 - „Na pokraji síl“ 2012 - „Stopy v snehu“ (Qar üzərində izlər) 2012 - „Jednu šancu mi daj“ (Mənə bir şans ver) 2012 - „Štyri ročné obdobia“ (İlin dörd mövsümü)

Avroviziya 2009 – „Malý hlas“ 2010 – „Bez siedmeho neba“

Musiqi toplusu 2005 Kým vieš snívať - „Boro boro“, „Kým vieš snívať“, „Teraz je ten správny čas“ 2005 SuperVianoce - 06. „White Christmas“ 2008 Go Deejay Dance Selection 2008 - 05. „Spadla z oblakov“ (Robert Burian Radio Edit '08)

İstinadlar

Xarici keçidlər

Oficiálne stránky - mirojaros.sk

Kateqoriya:Slovakiya müğənniləri