Aygün Diridağlı (tam adı: Həsənova Aygün Vəzir qızı; ) — jurnalist, ssenari müəllifi, Azərbaycan Respublikasının Əməkdar jurnalisti (2015).
Həyatı Aygün Həsənova 1974-cü il yanvarın 30-da Cəbrayıl rayonunda anadan olub. 1991-ci ildə orta məktəbi gümüş medalla başa vurub. 1996-cı ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1996-cı ildə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətinin (AzTV) radiosunda jurnalist kimi fəaliyyətə başlayıb. 1996–2010-cu illərdə Azərbaycan radiosunda müxbir, veriliş müəllifi, redaktor vəzifələrində çalışıb. Aygün Diridağlı müəllif adı ilə dövrü mətbuatda, onlayn mediada çox sayda məqalələri dərc edilib. Yerli televiziyalarda filmlərin tərcüməçisi olub. 2013-cü ildə başladılan "Gəzdim Azərbaycanı" videolayihəsinin müəlliflərindən biridir. Çox sayda videoreportajların müəllifidir.
"Azərbaycantelefilm" yaradıcılıq birliyində ssenarist kimi fəaliyyət göstərib. Bir neçə sənədli filmin ssenari müəllifidir: "İşıq həsrəti", "Ömür urası", "Mömünə Xatun türbəsi", "Əbilov teatrı", "AZƏRTAC xəbər verir…" (ssenari müəllifi və rejissor) və s.
2010–2012-ci illərdə Azərbaycan Dövlət İnformasiya Agentliyində (AZƏRTAC) müxbir, 2012-ci ildən AZƏRTAC-ın videoxəbər xidmətinin rəhbəri, 2018–2020-ci illərdə Multimedia və informasiya resursları baş redaksiyasının baş redaktorunun müavini/videoxəbər xidmətinin rəhbəri olub.
2021-ci il aprelindən 2023-cü ilin yanvarınadək "Azad Azərbaycan" teleradio şirkətində Rəqəmsal media şöbəsinin müdiri işləyib.
2017–2023-cü illərdə "Xabar 24" xəbər telekanalının Azərbaycan üzrə nümayəndəsi olub. Azərbaycanla bağlı hazırladığı müxtəlif mövzuda süjetlər Qazaxıstanın bu telekanalının efirində yayımlanıb.
2023-cü ilin fevralından 2024-cü ilin dekabrınadək Azərbaycan Dövlət İnformasiya Agentliyində (AZƏRTAC) Videoinformasiya baş redaksiyasının baş redaktoru işləyib.
Azercell şirkətinin bir sıra reklam çarxlarının mətnlərinin müəllifi olub.
Qazaxıstanın "Kazakh TV" telekanalında yayımlanan "Colors of Asia" verilişi üçün Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı hazırlanan süjetlərin müəllifidir.
İşğaldan azad edilmiş ərazilərdən onun ssenari müəllifliyi ilə hazırlanan silsilə filmləri, həmçinin süjetləri ATV telekanalının efirində yayımlanıb.
AZƏRTAC-ın 2023-cü ildə hazırladığı "Heydər Əliyev Azərbaycandır!" iki hissəli sənədli filmin redaktorlarından biridir
2023-cü ilin dekabrında reportaj hazırlamaq üçün getdiyi Fransanın dənizaşırı ərazisi olan Yeni Kaledoniyada polis tərəfindən saxlanılıb və ölkəyə girişinə qadağa qoyulub.. Medianın İnkişafı Agentliyi, Mətbuat Şurası, Ombudsman və digər media təşkilatları Fransanın bu addımını pisləyərək jurnalistə təzyiq kimi dəyərləndiriblər. Məsələ Azərbaycanın, həmçinin Türkiyə mediasının diqqətində olub.
2024-cü ilin iyununda COP29 ilə bağlı keçirilən seminarda iştirak etmək üçün Almaniyanın Bonn şəhərinə gedərkən hava limanında ölkəyə girişinə icazə verilməyib və Şengen vizasının Fransa tərəfindən bloklandığı bildirilib. Lakin Azərbaycanın Almaniyadakı səfirliyi və UNFCCC Katibliyinin məsələyə qarışmasından, eyni zamanda, Almaniyanın rəsmi qurumlarının Fransanın tələbinin əsassız olduğunu gördükdən sonra ona ölkəyə daxil olmasına icazə verilib.
Ailəlidir, iki övladı var.
Filmoqrafiya Sara Qədimova (film, 2003) (ssenari müəllifi) Ağ adam (Albinos) (film, 2004) (ssenari müəllifi) Əkrəm Əylisli. İşıq həsrəti (film, 2003) Ömür urası (film, 2007) Mömünə Xatun türbəsi Əbilov klubu (film, 2004) (ssenari müəllifi) AZƏRTAC xəbər verir… (film, 2015) 30 ildən sonra doğulduğu torpağa dönənlərin hekayəsi — Biz qayıdırıq — Cəbrayıl / 1-ci HİSSƏ 2 yaşlı qardaşım qumun üstündə qalmışdı — Əməkdar artist — Biz Qayıdırıq — Cəbrayıl / 2-ci HİSSƏ Şəhid xanımından ürək dağlayan sözlər – Dedi ki, bura bəlkə mənsiz gəldiz – Biz qayıdırıq — Cəbrayıl / 3-cü HİSSƏ Bir kəndin sakinlərinin 30 il sonra bitən həsrəti — Biz Qayıdırıq — Cəbrayıl / 4-cü HİSSƏ "Heydər Əliyev Azərbaycandır!" — 1-ci hissə "Heydər Əliyev Azərbaycandır!" — 2-ci hissə
İstinadlar
Xarici keçidlər Diridağlı, Aygün. "Adəmdən Akif Səmədə…" // Azərbaycan.- 2007.- № 8.- S.129–131: Qeyd: Məqalə Azərbaycan şerinin deyimli-duyumlu şairi, publisist yazarı Akif Səməd haqqındadır [AZ-J] Yad et məni, qaibanə, yad et! Viranə yurdların Novruzu… Xəyanət (Hekayə) 74-lərin faciəsi: müharibənin qucaq açdığı nəsil Nələr gizlədər döyüşçü ürəyi… Gəzdim Azərbaycanı AZƏRTAC-ın cəbhə bölgəsindən reportajı: Atəş altında yaşayan Qapanlı kəndi Cəbhə xətti: Tapqaraqoyunluda 70-dək ev dağılıb – Reportaj Цвета Азии № 4. Архитектура Ташкента
Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Azərbaycanlı jurnalistlər Kateqoriya:Azərbaycan ssenaristləri Kateqoriya:Cəbrayıl rayonunda doğulanlar