İl-14P qəzası — 23 aprel 1966-cı ildə baş vermiş təyyarə qəzası.Azərbaycanda baş vermiş dəhşətli təyyarə QƏZALARI - SİYAHI . modern.az, 23.02.2015

Həmin gün Binə hava limanından havaya qalxan İl-14P orta tutumlu sərnişin təyyarəsi Mahaçqalaya səfər edərkən qəzaya uğramışdır. Uçuşdan 12 dəqiqə sonra Xəzər dənizi üzərində olarkən təyyarə ilə əlaqə kəsilmişdir. Onun 23 aprel günü Xəzər dənizində müşahidə olunan çətin hava şəraitində qəzaya uğraması ehtimal olunur. Belə ki, aparılan axtarış-xilasetmə işləri heç bir nəticə verməmiş və göyərtəsində 5 heyət üzvü və 28 sərnişin olan İl-14P təyyarəsi bu günə qədər tapılmamışdır..

İstinadlar

Kateqoriya:23 apreldəki hadisələr Kateqoriya:1966-cı ildəki hadisələr Kateqoriya:1966-cı ildə Azərbaycan Kateqoriya:Azərbaycanda aviasiya hadisələri