Naim Fraşeri (; ) — Osmanlı dövründə yaradıb-yaratmış alban şairi və yazıçısı. Qardaşı Əbdül və Sami Fraşeridir. Naim Fraşeri Albaniya milli intibah dövrünün tanınmış nümayəndəsidir.
Həyatı thumbnail|left|Tirana şəhərində büstü Naim Fraşeri Halid bəyin (1797–1859) və Əminə İmrahorın (1814–1861) 8 uşağından biri kimi Osmanlı İmperiyasının Delvina sancağında, indiki Albaniyanın cənubunda yerləşən dağlıq Fraşeri şəhərində anadan olmuşdur. Naim Fraşeri Bəktaşi təriqəti təhsili görmüşdür. O, uşaqlığını Fraşeridə keçirmiş və burada türk, fars, ərəb dillərini öyrənmişdir. Hər iki valideynin ölümündən sonra ailənin başına 22 yaşlı ən böyük qardaşı Əbdül (doğum 1839) keçmişdir. Əbdül tacir idi. 1865-ci ildə ailə Yanya sancağının Yanya şəhərinə köçmüşdür. Burada o, qardaşı Sami ilə Zosimaya məktəbinə getmişdir.
Naim daha sonra Yanya, Bərat və Saradadada Osmanlı rəsmisi olmuş və 1882-ci ildə İstanbula gedərək Osmanlı mədəniyyət nazirliyində işləməyə başlamışdır.
Yaradıcılığı 21 əsərin və "Albaniya tarixi" (1895) ilə "İsgəndər bəy tarixi" tarixi əsərlərinin müəllifidir. Ölkəsinin dünyada tanınmasında rol oynamışdır. "İliada"nı tərcümə etmiş və jurnalist kimi də fəaliyyət göstərmişdir. 1886-cı ildə "Albanların əsl arzusu" ideoloji əsərini yazmışdır. "Drita" jurnalının çıxarılmasında pay sahibi olmuşdur.
Şair müasir Albaniya ədəbiyyatının qurucusu hesab olunur.
Əsərləri Kavâid-i farisiyye dar tarz-i nevîn (), İstanbul, 1871. Ihtiraat ve kessfiyyat (), İstanbul, 1881. Fusuli erbea (), İstanbul, 1884. Tahayyülat (), İstanbul, 1884. Bagëti e Bujqësi (), Buxarest, 1886. E këndimit çunavet (), Buxarest, 1886. Istori e përgjithshme për mësonjëtoret të para (), Buxarest,1886. Vjersha për mësonjëtoret të para (), Buxarest, 1886. Dituritë për mësonjëtoret të para (Birinci dərəcəlilər üçün ümumi bilik), Buxarest, 1886. O alithis pothos ton Skypetaron (, ), Buxarest, 1886. Luletë e Verësë (), Buxarest, 1890. Mësime (), Buxarest, 1894. Parajsa dhe fjala fluturake,() Buxarest, 1894. Gjithësia (), Buxarest, 1895. Fletore e bektashinjët, () Buxarest, 1895. O eros (, ), İstanbul, 1895. Iliadh' e Omirit, , Buxarest, 1896. Histori e Skënderbeut (), Buxarest, 1898. Qerbelaja, Bucharest, (), 1898. Istori e Shqipërisë (), Sofiya, 1899. Shqipëria (), Sofiya, 1902.
Xarici keçidlər
İngiliscə yaradıcılığı Albanca bəzi şeirləri
Kateqoriya:Alban şairlər Kateqoriya:Alban yazıçılar Kateqoriya:XIX əsr şairləri Kateqoriya:XIX əsr yazıçıları Kateqoriya:Albaniya şairləri Kateqoriya:Osmanlı şairləri Kateqoriya:Türk dilində yazan yazıçılar Kateqoriya:Osmanlının dövlət işçiləri Kateqoriya:Osmanlı siyasətçiləri Kateqoriya:Albaniya yazıçıları Kateqoriya:Sufi şairləri