Zvinger (; tələffüzü — []) — Drezden şəhərinin tarixi mərkəzində yerləşən saray-park kompleksi. Memar Matteus Daniel Pöppelmannın və heykəltaraş Baltazar Permozerin rəhbərliyi altında inşa olunmuş saray memarlıq, heykəltaraşlıq və rəssamlığın şah əsəri, Almaniyanın isə barokko üslubunda inşa edilmiş ən mühüm binalarından biri hesab edilir və məşhur Frauenkirxa kilsəsi ilə yanaşı, Drezdenin ən məşhur abidəsi sayılır. Abidənin adı onun yerləşdiyi yerlə bağlı əmələ gəlmişdir, orta əsrlərdə iç və bayır qala divarları arasında yerləşən ərazini Zvinger adlandırırdılar.
Zvingerin əsası 1709-cu ildə Oranjereya və müxtəlif festivalların keçirilməsi üçün müvəqqəti ərazi qismində qoyulmuşdur. Onun təmtəraqlı pavilyonunu bəzəyən ballüstrada, fiqur və vaza elementləri, eləcə də əsas binalara parallel şəkildə uzanan möhtəşəm qalereyalar kurfürst I Fridrix Avqustun (onu həmçinin "Güclü Avqust" kimi də tanıyırdılar) əzəmətə və təbii ki hakimiyyət iddialarına doğru can atdığını göstərir. Kurfürstun orijinal konsepsiyasında, Zvinger Köhnə qəsrin yeni həyəti kimi Elba çayının sahilində yerləşəcəyi düşünülmüşdür, buna görə də Elba istiqamətində olan torpaq sahələri elə başlanğıcdan toxunulmayan ərazi kimi qorunub saxlanılırdı (əvvəlcədən qalın divarlarla hasarlanmışdır). Kurfürstün ölümündən sonra, Yeni qəsr binası üçün uzun illər tərtib olunan plan və eskizlər lazımsız əşya kimi atılır, barokko üslubuna olan moda azaldıqdan sonra isə, Zvinger sarayı özünün ilkin əhəmiyyətini itirməyə başlayır. Ancaq sonralar, yəni bir əsr kedikdən sonra memar Qottfrid Zemper çayın sahili boyunca gələcəkdə özünün adını daşıyacaq geniş qalereyaların tikintisinə başlayır və beləliklə də, boş qalmış ərazilər nəhayət ümumi vəhdət şəklində tamamlanır.
1855-ci ildə yüksək təbəqədən olan ictimaiyyət üçün açılmış Zemper qalereyası, XIX əsr Almaniyasının ən böyük muzey layihələrindən birinə çevrilir və məhz bu layihə XVIII əsrdən bəri genişlənən Zvinger sarayının geniş muzey kompleksinə çevrilməsinə imkan yaratdı. 13 və 14 fevral 1945-ci ildə baş vermiş hava hücumları zamanı, bütövlükdə Drezdenin köhnə hissəsi və xüsusən də Zvinger kütləvi dağıntılara məruz qalmışdır. 1950–1960-cı illərdə aparılan yenidənqurma və bərpa işlərindən sonra, Zvinger sarayının kompleksinə daxil olan Drezden rəsm qalereyasında, Fizika-riyaziyyat salonunda və Çini kolleksiyasında saxlanılan minlərlə dünyə əhəmiyyətli eksponatlar ziyarətçilərə nümayiş olunmuşdur. İlkin məqsəddə istixana, oranjereya, bağ və festival meydançası kimi istifadə olunan saray arxa planhal-hazırda sırf muzey kimi fəaliyyət göstərir; bununla belə, müxtəlif bayram və şəhər günlərində burada böyük coşğu ilə musiqi və teatr tədbirləri keçirilir.
Yerləşməsi Zvinger Elba çayının yaxınlığında və Drezden tarixi mərkəzinin bir hissəsi sayılan şəhər mərkəzinin şimal-qərbində yerləşir və bu sahəni tutur. O, digər məşhur görməli yerlərinin, o cümlədən Kral sarayı və Zemper operasının bilavasitə yaxınlığında yerləşir. Bundan başqa saray şimal-şərqdə Teatr meydanı, cənub-qərbdə Sofienştrasse, cənubda Poçt meydanı, qərbdən isə Ostra xiyabanı ilə həmsərhəddir. Zvinger ilə qonşu olan binalar isə bunlardır: Drezden Tacirlər Evi qərbdə, Dram teatrı cənub-qərbdə, Taşenberq sarayı cənub-şərqdə, "Yaşıl qübbə" adlanan Drezden qəsrinin qərb fligeli şərqdə, Altştedter Hauptvaxtası şimal-şərqdə, Zemper Operası şimalda və keçmiş kral tövlələri şimal-qərbdədir.
Tarix
Zvinger konsepsiyası "Zvinger" sözünün mənası, onun yerləşdiyi yerlə bağlı əmələ gəlmişdir, orta əsrlərdə iç və bayır qala divarları arasında yerləşən ərazini məhz bu cür adlandırırlar. Arxeoloji tətqiqatlar nəticəsində məlum olmuşdur ki, birinci şəhər divarının tikintisi çox güman ki, XII əsrin son rübündə başlamışdır. "Civitas" adlı tarixi salnamə və sənədlərdə Drezden qəsrinin adı ilk dəfə 1216-cı ildə qapalı istehkam qurğuları qismində qeyd olunur. Qusçular hərəkatı ilə əlaqədar, şəhər istehkamları daha da möhkəmləndirilir, 1427-ci ildə isə istehkamın ətrafında əlavə bayır divarları da inşa olunur. Bu dəyişikliklər Vilsdruffer darvazalarının yaxınlığında başlamışdır. Bəzi yerlərdə köhnə kotlovanlar və uzun xəndəklər ərazidən köçürülməli və doldurulmalı idi. Bu zaman yaranan divar aralıqları "Zvinger" adlandırırdılar və qəsri üç tərəfdən əhatə edən həmin bu boşluqları bağ kimi istifadə edirdilər. Beləliklə zamanla genişlənən Zvinger bağları və onların tutduqları bu ərazilər, şəhərin qərb sahilində bir zamanlar yerləşmiş istehkam qurğularının dəqiq yerlərini müəyyən etməyə problemlər yaratmışdır.Gurlitt: Kunstdenkmäler Dresdens. H. 2, S. 313.Otto Richter: Verfassungsgeschichte der Stadt Dresden. Erster Band. Dresden 1885, S. 8–9. Saray kompleksi genişləndikcə, qala divarları tədricən demontaj olunurdu və buna görə də daha sonrakı illərdə tərtib olunmuş şəhər xəritələrdə, əvvəlki istehkamın yerləşdiyi ərazilər müxtəlif cür təsvir olunurdu; bununla belə xəritə tərtibatçıları həmin istehkam qalıqlarını daim Zvinger arealının bilavasitə yaxınlığında olduğunu da qeyd etməyi unutmurdular.
Gül və çiçəklərlə dolu Zvinger bağı xarici və daxili qala divarlarının arasındakı dar val ərazisində salınmışdır. XVIII əsrdə həmin bağın yaxınlığında sarayın inşaatına start verilmişdir və ümumi kompozisiya yaratmaq məqsədilə, gələcək saraya da bağın adı verilmişdir. Hazırda sarayın fasadında keçmiş daxili qala divarlarının izlərini müşayiət etmək olar; xarici qala divarları isə artıq o dövrdə öz əhəmiyyətini itirmiş və sökülmüşdür.Dehio, Dresden, 2005, S. 52.
Zvinger sahələrində erkən şəhər və məkan inkişafı 270px|thumbnail|right|Drezden şəhər mərkəzində Zvinger yerləşən hissənin planı, 1863 XVI əsrin sonunadək hazırkı saray kompleksinin arealı şəhər istehkamlarının inşası ərazisindən kənarda idi. Rokko Gerrini Konte di Linari (Florensiya şəhərinin ətraf rayonlarının birindən olan memar) kurfürst Avqust üçün 1569-cu ildən Köhnə qəsrdən (saraydan) qərbdə qala qurğularının yenidən qurulması və yenidən tikilməsi üzrə mühüm işlər həyata keçirmişdir. 1572-ci ilə memar tərəfindən inşaat işlərinin bir hissəsi artıq tamamlanır. Həmçinin məlum olmuşdur ki, ərazi boyu axan Elba çayının sağ qolu Vaysseritz çayından lazımi suyun istifadəsi daha sərfəlidir. Bunun ardınca Linar 1573-cü ildə öz planını yeniləmiş və çayın məcrasını dəyişmək və yaxınlıqda əlavə bastionun tikilməsi üçün müxtəlif təkliflər irəli sürmüşdür. Həmin bastion "Luna" adı ilə daha sonra məşhurlaşır. Həmin arealda Zvingerin barokko üslublu sarayının və meydanın yaranmasına başlanıldı. Ərazidə aparılan işlərin daha keyfiyyətli görülməsi üçün, layihəyə rəhbərlik memar Linardan alınaraq, tikinti ustası Paul Buxner və Andreas Hessenə verilmişdir. Həmin dövrdə tərtib olunmuş taxta modellər sonralar Yaşıl qübbənin inşasında istifadə olunmuşdur.Gurlitt: Kunstdenkmäler Dresdens. H. 2, S. 327–328.
Zvinger bağlarının inşaatı Zvinger parkının abadlaşdırılması üçün ilk addımlar kurfürst Moritz tərəfindən atılmışdır; o, 1549-cu ildə öz saray bağbanı Nikolaus Fuksa Praqa şəhərində yerləşən Qəsr bağı nümunəsində bir parkın salınması barədə sərəncam verir. Kurfürst öz həyat yoldaşı Anna ilə birlikdə Sakson saray-park üslubunun yaradıcıları hesab olunurlar. Kurfürstün bağçılıq vərdişləri və bacarıqları, eləcə də onun bütün fərmanları sənədləşdirilmişdir: …Torpağın yaxşılaşdırılması üçün park və dendrarilərin yerləşdiyi qərb inşaat ərazisinə (burada Drezdenin köhnə istehkamları nəzərdə tutulur), müqəddəs Yakov hospitalının () yaxınlığındakı göldən münbit torpaq və lil gətirilsin….Arno Naumann: Dresdens Gartenbau …. 1896, S. 16.
Moritzin varisləri olan kurfürstlər I Xristian və II Xristian vallarda gözəl bağların (eyni zamanda da canlı çəpərin) inkişafına, yeni yolların və bağ tingliklərin yaradılmasına və həmçinin dekorativ daşlarla bəzədilmiş çiçək kərdilərinin tətbiqinə imkan yaratmışdılarArno Naumann: Dresdens Gartenbau …. 1896, S. 14–18.. Bağların yetişdirilməsində saray əhli tərəfindən böyük iştirak və maraq məhz II Yohann Georqun hakimiyyəti dövründə ayrılmışdır. Bu zaman müxtəlif meyvə növlərinin kultivasiyası həyata keçirilmişdir. O dövrün salnaməçilərindən birisi bu haqqda bunları qeyd etmişdir: …Böyük knyaz qəsri və iqamətgahının ərazisində olan Zvinger bağında müxtəlif növ qəribə ağac yetişdirilirdi. ağacların arasında çox ekzotik yarımnövlər də vardı — məsələn əncir ağacının gövdəsi elə böyük idi ki, insan əlləri onu əhatə edə bilmirdi, onun meyvələri isə gözəl və təravətli idi…Arno Naumann: Dresdens Gartenbau …. 1896, S. 22. Limon və portağallar şimalda tam şəkildə dəymirlər, lakin burada hətta yetişməmiş meyvələr belə parlaq çalarlara malik idi. İlin isti mövsümlərində bitkilər istixanada yerləşən çəlləklərdən həyətə çıxardılır və onlardan həndəsi cərgəli xiyabanlar yaradılırdı.
Kral I Avqustun hakimiyyəti dövründə sarayın inşaatı 337x337px|thumbnail|left|Zvinger özünün əsas memarlıq quruluşunu Kraı I Fridriq Avqustun (Güclü) apardığı inşaat işləri nəticəsində əldə etmişdir. rəssam: Henrix Rodakovski, Lvov Milli Sənət Qalereyası. Kurfürst Fridrix Avqustun (Güclü Avqust) səltənəti Drezden şəhər planlaşdırılmasının intensiv inkişafı ilə bağlıdır. Kurfürstün 1694-cü ildən başlayan hakimiyyət dövründə Drezden şəhərinin binaları əsrarəngiz taxta memarlığı ilə əlamətdar olmuşdur. Bundan başqa 1687–1689-cu illərdə həyata keçirilən Avropa səhayəti onlarda ciddi təəssüratlar yaradaraq öz doğma şəhərlərində Fransa və İtaliya memarlığının tələblərinə cavab verən möhtəşəm memarlıq kompleksi yaratmaq istəyi oyandırdı. Buna görə də, o, planlaşdırma və bədii həll işində fransız və italyan memarlarının təsirinə xüsusi diqqət yetirdi. Onun əsas xidməti kimi, şəhərin ümumi görünüşünün daş binalar və sıx bağlar vasitəsilə fəyişdirilməsini qeyd etmək olar. 1701-ci ildə qəsrdə baş vermiş yanğın hadisəsi, ümumi əhali sayı 30000 olan Drezdenin yaşayış sahələrinin genişləndirilməsinə səbəb olmuşdur. I Fridrix Avqust çoxsaylı səyahətləri zamanı böyük təcrübə qazandığından, Zvinger sarayının layihəsini şəxsən özü tərtib etmişdir.
İlk qiymətləndirmə nəticələri artıq 1701-ci ildə təqdim edildi: planda bağlar (hərfi tərcümədə: həyətlər) və meydanları olan sarayın inşası nəzərdə tutulurdu. Köhnə bağ-oranjereya plana cavab vermədiyi üçün lazımsız görünürdü; ola bilsin ki, kurfürstün marağına onun uşaqlıq xatirələri də təsir etmişdir, belə ki, balaca vaxtı onun da iştirakı ilə hazırlanan teatr səhnəciklərində o, bağban köməkçisi rolunu canlandırırdı. Kompleksin dövrümüzə çatmış ən erkən planının müəllifi saray memarı Markus Konrad Ditsedir.Arno Naumann: Dresdens Gartenbau …. 1896, S. 25. Plan bu cür adlandırılmışdır: "Əlahəzrət kralın və hörmətli Saksoniya kurfürstünün şəxsi göstərişi ilə sadiq icraçı memar Ditse tərəfindən 1703-cü ildə hazırlanmış Drezden sarayının planı". "İti bucaqlar" () adlı köhnə bastionun yerində Lustqarten adlı memarlıq-park ansamblı tərtib olunmuşdur.Adolph Canzler, Alfred Hauschild, Ludwig Neumann: Die Bauten …. 1878, S. 70–72. Sənətşünas Qurlitt bu bürcün (yəni bastionun) yerləşdiyi ərazidə "Kurdonör" şadlıq mərasimlərini keçirmək üçün istifadə imkanı ilə kurfürstün niyyətlərini təsvir edir.Gurlitt: Kunstdenkmäler Dresdens. H. 2, S. 422.
Barokko üslublu Zvinger sarayının tarixi 1709-cu ildə başlamışdır; məhz kral Avqustun əmri ilə, hazırkı Theaterplatz meydanının ərazisində taxta konstruksiyaların inşaatına start verilir.Dirk Syndram, P. Ufer: Die Rückkehr des Dresdner Schlosses. 1. Auflage. edition Sächsische Zeitung, 2006, S. 63. Kral və memar Pöppelmann ixtiraçılıq qabiliyyəti ilə öz aralarında bəhsə gedirdilər və nəhayət, sonda oranjereyanın əvəzində mərasim və təntənəli bayram şənlikləri üçün tikili yaradılmışdır. Düzdür şəhər rəhbərliyi bunun üçün böyük qurbanlar verməyə məcbur olmuşdur: şəhəri qoruyan bürclərin bir hissəsi sökülür, qumdaşından hazırlanmış sütun, dayaq və monumental heykəltaraşlıq nümunələrini inşaat ərazisinə çatdırmaq məqsədilə, Köniqştayn şəhərindən başlayaraq Drezdenə qədər olan Elba çayının məsafə dairəsi dərinləşdirmişdir.