Kiçik Gilanlar — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonunda kənd olmuşdur.İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" , Bakı, "Elm", 2002.
Tarixi Rayon mərkəzindən 28 km şimal-şərqdə, Yelincə çayının sahilində yerləşmişdir. 1930 - cu illərdə Vedi (Ararat) rayonunun tabeliyində olmuşdurQorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s.84.
«İrəvan əyalətinin icmal dəftəri»ndə Kiçik Gilanİrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.102, Qafqazın 5 verstlik xəritəsində Kiçik GilyanarПагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.62 formasında qeyd edilmişdir.
1950-ci illərdə Kiçik Gilanlar kəndi ləğv edilmişdir. İndi xaraba kənddir.
Əhalisi Kənddə 1873 - cü ildə 96 nəfər, 1886-cı ildə 167 nəfər, 1897-ci ildə 178 nəfər, 1904 - cü ildə 183 nəfər, 1914 - cü ildə 201 nəfər, 1916-cı ildə 194 nəfər azərbaycanlı yaşamışdırQorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s.84-85, 154-155.
1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qovulmmuş və kəndə xaricdən köçürülən ermənilər yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar öz doğma kəndlərinə dönə bilmişdir.
Kənddə 1922-ci ildə 21 nəfər erməni ilə yanaşı 11 nəfər azərbaycanlı yaşamışdırQorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s.154-155. 1922-ci ildən sonra kənddə yaşayan 11 nəfər azərbaycanlı da qovulmuş və kənddə tam ermənilər məskunlaşmışdır.
İstinadlar
Kateqoriya:Gərnibasar kəndləri Kateqoriya:Ermənistanın ləğv olunmuş kəndləri Kateqoriya:Ararat mərzinin yaşayış məntəqələri