Fırtına () — Marvel Comics nəşriyyatı tərəfindən yaradılmış super qəhrəman personajı. İks-adamlarin ən tanınmış üzvlərindən biridir. 20th Century Fox tərəfindən çəkilən 5 İks-adamlar filminin 4-ündə yer almışdır. Len Veyn və Deyv Kokrum tərəfindən yaradılmış və ilk dəfə "Böyük ölçülü İks-adamlar"Giant Size İks-adamlar #1, 1975 komiksinin ilk sayında (may, 1975) görünmüşdür.

Bioqrafiya thumbnail|left|"Böyük ölçülü İks-adamlar" komiksinin ilk sayı (may, 1975) Əsl adı Ororo Munroedir.İks-adamlar: Worlds Apart #1 by Christopher Yost, October 2008. Anası N'Dare Keniyadakı bir qəbilənin şahzadəsi, atası Deyvid Munroe ABŞ fotoqrafıdır. Onlar evləndikdən sonra Manhettendə yaşamağa başlayırlar. Ororo burada anadan olur. Amma ailəsi ilə çox vaxt keçirmir. Ororo 6 aylıq ikən ailə Misirin paytaxtı Qahirəyə köçür. 5 yaşında ikən Süveyş böhranında evlərinə düşən qırıcı təyyarənin partlaması nəticəsində Ororonun ata və anası həyatını itirir.

Kimsəsiz qalan Ororo uşaq ikən bir oğru dəstə başçısı olan Əhməd əl-Qibar tərəfindən tapılır və ona oğurluq etmək öyrədilir. Yaşadığı yerin ən yaxşı oğrularından birinə çevrilir. Uzun müddət Qahirədə yaşadıqdan sonra anasının vətəninə — Serenqeti ovalığına yola düşür. Saxara səhrasından keçərkən az qala öləcəkkən mutant gücləri ortaya çıxır və bunun sayəsində həyatda qalır. Bu hadisədən qısa müddət sonra evlənəcəyi və ölkəsinin kraliçası olacağı Qara pantera ilə tanış olur.Storm (vol. 2) #1–6 miniseries, Apr-Nov 2006

Afrikada yaşadığı müddətdə yerli qəbilələr ona daim hörmət və qorxu ilə yanaşırlar. İsti iqlimə sahib Afrikada istənilən an yağış yağdıra bilən Ororonu ilahə kimi görürlər. Həm gözəlliyi, həm güclərinə görə bərəkətin simvolu olur, özünə Fırtına adını götürür, İks-adamlarin üzvü kimi Afrikadan ayrılana qədər ilahə kimi xatırlanır.

Bir gün Fırtına Professor X-dən telepatik mesaj alır. İks-adamlarə qatılmaq qərarına gəlir və komandanın ən sadiq üzvlərindən biri olur. Nyu Yorkun kanalizasiya sistemində yaşayan Morlokların lideri Kallistonu təkə-tək döyüşdə məğlub edir, Morlokların lideri olur, amma liderliyi Kallistoya qaytarır.

Strom İks-adamlar komandasının ən etibarlı üzvlərindən biridir. Çətin anlarda qərar alma bacarığı, xarizmatik şəxsiyyətə sahib olması onu Kiklopsdan sonra İks-adamlarin ikinci lideri etmişdir.

Gücləri Fırtına omeqa səviyyəli mutantdır və omeqa səviyyəli mutantlar ən güclü mutantlar hesab olunurlar. Fırtınanın əsas mutant gücü havanı idarə etməsidir. İqlimi idarə edə bilir, yağış, qar, dolu yağıdırır, çən və duman yaradır, fırtınalara səbəb olur. Havanın temperaturuna nəzarət edə və ildırım çaxdıra bilir. Zəif də olsa telepatik bacarığı vardır. Hava axını ilə cisimləri hərəkət etdirə və özü uça bilir. Suyun içində özü üçün lazımi qədər oksigen yaradıb nəfəs alır. Güclərindən istifadə edərkən gözləri ağ rəngdə olur. Bundan başqa əla döyüşçü və oğrudur.

Maraqlı faktlar Uşaq yaşlarında itirdiyi anası ilə birlikdə dağıntılar altında qalması üzündən Fırtınada qapalı yerlərdən qorxmaq fobiyası — klaustrofobiya yaranmışdır. Fırtınanın Vakanda kralı Qara panter ilə olan evliliyi "Qisasçılar vs. İks-adamlar" adlı komiks seriyasında bitmişdir. Bu seriyada Qara panter Fırtınaya evliliklərinin Vakanda baş rahibi tərəfindən bitirildiyini bildirir. Vakandanın baş rahibi isə elə Qara panterdir. Fırtına mutant irqinin gələcəyi üçün İks-adamlarin üzvü Kiklops ilə döyüşməyə məcbur olmuşdur və güclərindən istifadə etmədən ona qalib gəlmişdir. Loki bir dəfə Fırtınaya yeni İldırım ilahəsi olmağı təklif etmişdir və hətta ona "Stormkaster" adlı çəkic vermişdir. Amma bunun Lokinin hiyləsi olduğunu görən Ororo təklifi rədd etmişdir. Qara panterdən başqa Dəmirçi və Porsuqla münasibətlər yaşamışdır.

Digər mediada

Filmlər Fırtına indiyə qədər 20th Century Fox tərəfindən çəkilmiş 4 İks-adamlar filmində yer almışdır: "İks-adamlar" (2000), "X2" (2004), "İks-adamlar: Son Dirəniş" (2006), "İks-adamlar: Gələcəyin keçmiş günləri" (2014). Bütün bu filmlərdə Fırtına rolunda Helli Berri çıxış etmişdir. Lakin 2016-cı ildə tamamlanacaq "İks-adamlar: Apokalipsis" filmində Fırtına rolunu Aleksandra Şipp oynayacaqdır.

Televiziya thumbnail|Helli Berri "İks-adamlar: Son dirəniş" (2006) filmində Fırtına rolunda.

Video oyunlar

İstinadlar

Xarici keçidlər Qara dərili qəhrəmanlar Marvel Verilənlər Layihəsində Fırtına profili UncannyXmen.net Comicvine-də profili

Kateqoriya:Marvel Comics superqəhrəmanları Kateqoriya:Marvel Comics mutantları Kateqoriya:Hava və ya küləyi idarə etmək gücünə malik personajlar Kateqoriya:1975-ci ildə tanıdılan komiks personajları Kateqoriya:Qadın komiks personajları Kateqoriya:Marvel Comics qadın superqəhrəmanları Kateqoriya:Qadın film personajları Kateqoriya:Uydurma kraliçalar Kateqoriya:Elektrik və ya maqnetik güclərə malik personajlar Kateqoriya:Uydurma oğrular Kateqoriya:Nyu-Yorkdan olan uydurma personajlar