Nuru Killigil və ya Nuru Paşa (; ) — Osmanlı ordusunun generalı, Qafqaz İslam Ordusunun komandanı və Türkiyə Cümhuriyyəti dövründə sahibkar.

O, 1949-cu il mart ayının 2-də İstanbulun Sütlücə fabrikində baş verən partlayış nəticəsində faciəli surətdə həlak olmuşdur.

Həyatı Türkiyəyə qayıdışı Qarabağda antisovet xalq üsyanının yatırılmasından sonra Türkiyəyə qayıtmalı olan Nuru paşanın sonrakı həyatı Türkiyə ilə bağlıdır. Öz doğma vətəninə qayıtması ilə Nuru paşa yeni sınaqlarla üzləşməli oldu. Hər şeydən əvvəl Sovet Rusiyasının bolşevik rəhbərliyi Azərbaycanda bolşevik hakimiyyətinə qarşı qətiyyətli mübarizə aparan Nuru paşanın təqibini Türkiyə ərazisində də davam etdirdi. Sovet Rusiyanın rəhbərliyi ilə Türkiyənin müxtəlif səviyyəli heyətləri arasında aparılan danışıqlar zamanı Nuru paşanın Qarabağda sovet hakimiyyətinə qarşı mübarizə aparması ciddi tənqidlə qarşılandı və Türkiyə milli mücadiləsinin fəalları qarşısında onun nəzarət altına alınması məsələsi qaldırıldı. Buna baxmayaraq, Türkiyə ərazisində Nuru paşa həbs edilmədi, lakin onun bolşevizmə qarşı cəbhə tutması təqdir də olunmadı. 301x301px|thumb|right Qarabağda qarşısına qoyduğu məqsədə çata bilməməsi, Nuru paşanın mənəvi və fiziki gərginliyini daha da artırdı. Bunlar Nuru paşanın bütün durumunda da özünü göstərməyə başladı. Bir tərəfdən də dolanışıq çətinliklərinin mövcudluğu Nuru paşanın həyatında ağrılı səhifələrdən birini açdı. Yeni şəraitdə Nuru paşanın ailə üzvləri də pərən-pərən düşmüşdü. Qardaşı Ənvər paşa ingilis təqiblərindən qaçaraq Rusiyaya sığınmış, anası Aişə İstanbulda tək qalmış, digər qardaşı Kamil və bacısı Mediha da yeni şəraitin çətinlikləri ilə üzbəüz qalmışdılar.

1920-ci il sentyabr ayının 12-də Xəlil paşanın Ərzurumdan Ənvər paşaya yazdığı məktubunda Nuru paşanın da onun yanında olduğunu qeyd edirdi. Xəlil paşa həmin məktubunda Nuru paşanın mənəvi və fiziki yorğunluqlar içərisində olduğunu, sıxıntılı günlər keçirdiyini, istirahətə ehtiyac duyduğunu və nəhayət ailə üzvlərinin maliyyə problemləri ilə qarşılaşmalı olduğunu yazırdı:

Sentyabr ayının 12-də Nuru paşa da Ənvər paşaya məktub yazdı. Həmin məktubda o özünün və ailə üzvlərinin rastlaşdığı çətinlikləri də qısaca qələmə aldı. Nuru paşa bu məktubunda hətta hərbi və siyasi fəaliyyətlə vidalaşcağını da Ənvər paşanın nəzərinə çatdırırdı. Eyni zamanda rəssamlıqla məşğul olmaq barədə fikir söyləyirdi:

1920-ci il sentyabr ayının sonlarında Nuru paşa Türkiyənin azadlıq mübarizəsinə qoşuldu və Sarıqamış ətrafında döyülərə qatıldı. Nuru paşa bu döyüşə onunla birlikdə Türkiyə ərazisinə keçmiş Azərbaycan milli süvari alayı ilə daxil oldu və bir daha Azərbaycana bağlılığını nümayiş etdirdi. Onun qatıldığı döyüş də uğurlu oldu və Azərbaycan süvari alayı 1920-ci il sentyabr ayının sonlarında Sarıqamışı ələ keçirdi. 1920-ci ilin oktyabrında Nuru paşa Azərbaycan süvari alayı ilə artıq Ərzurumda idi. Tarixi ədəbviyyatda, habelə Ənvər paşanın yazışmalarında olan məlumatlara görə 1920-ci ilin sonlarında Nuru paşanın birdəfəlik ordudan ayrıldığını söyləmək mümkündür.

1921-ci ilin əvvəllərindən Nuru paşa öz biznesini qurmağa çalışır. O özünün emalatxanalarını qurmaqla silahların, hərbi təchizatın təmiri ilə məşğul olurdu. Bunu o, 1921-ci il aprel ayının 1-də Ənvər paşaya yazdığı məktubunda da qeyd edirdi:

Bu məktubda da Nuru paşa qeyd edirdi ki, o, emalatxana açsa da, onun maliyyə sıxıntıları qalmaqda idi və hətta Berlinə getmək üçün onun lazımi qədər pulu yenə də yox idi. Sonra da işlətdiyi emalatxanaların Rusiyada da şöbəsini açmaq fikrinə düşmümüşdü. Amma məlumdur ki, Nuru paşa Almaniyaya səfər etsə də Rusiyaya səfər etmədi.

1921-ci ilin əvvəllərindən başlayaraq Ənvər paşanın ailəsinə və yaxınlarına qarşı təzyiqlər bir qədər də artdı. Çünki 1921-ci il mart ayının 12-də Türkiyə Böyük Millət Məclisi Nuru paşanın və Ənvər paşanın Anadoluya gəlməsini qadağan edən qərar qəbul etdi. Ona görə Ənvər paşanın yaxınlarına qarşı da müəyyən sıxıntılar möcud idi. Ənvər paşanın yaxınlarından bəziləri Avropaya köçmüşdülər. Nuru paşanın Ənvər paşaya yazdığı məktubuna görə demək olar ki, Nuru paşanın da Avropaya köçmək məsələsi qalxımışdı. Ənvər paşa kiçik qardaşı Kamilə 1921-ci il avqustun 10-da yazdığı məktubunda da Nuru paşanın Berlinə gələ biləcəyinə işarə edilir. Amma Nuru paşa uzun müddət Berlində qalmağı qəbul etməyib. Ənvər paşaya 22 avqust tarixli məktubunda Nuru paşa yazırdı:

1921-ci ilin avqust ayında Nuru paşa Ankaraya gələndə səhhətində problemlər var idi. Ənvər paşanın yazışmalarından aydın olur ki, bir müddət sonra Nuru paşanın səhhətinin yaxşılaşmışdır. Amma görünür Nuru paşanın xəstəliyi ciddi idi və Berlində olarkən səhhətinin müalicəsi ilə də məşğul olmuşdu. Onun Berlinə gəlməsi 1922-ci ilin ilk aylarına təsadüf edir. Nuru paşanın Berlinə gəlməsinin nə ilə bağlı olduğunu söyləmək çətindir. Çünki Nuru paşa xəstəliyini müalicə edəndən dərhal sonra heç də Türkiyəyə qayıtmadı və bir də 1923-cü ildə Türkiyəyə döndü.

Məlumdur ki, Ənvər paşanın xanımı Naciyə xanım, Ənvərin uşaqları və qardaşı Kamil bəy Berlində yaşayırdılar. Ənvər özü bu zaman artıq Orta Asiyada idi və burada bolşeviklərə qarşı mübarizə aparırdı. Ənvərin qardaşı Kamil bəy Ənvərin ailəsinin qayğısını öz üzərinə götürmüşdü. Nuru paşa Berlinə gələndə Naciyə xanımla Kamilin yanında qaldı. Səhhətinin müalicəsini Nuru paşa Münhendəki sanatoriyada davam etdirdi.

Berlində olarkən Nuru paşa qardaşı Ənvər paşa ilə də məktublaşırdı. Bu məktublaşma fəal olmasa da, hər halda onların arasında əlaqə qırılmamışdı və Nuru paşa qardaşı Ənvər paşanın türkçülük uğrunda bolşevizmə qarşı mübarizəyə qoşulmasını rəğbətlə qarşılayırdı. Eyni zamanda öz həyatını və fəaliyyətini də Ənvər paşanın tövsiyələri əsasında qurmağa çalışırdı.

Ənvər paşanın yazışmaları arasında Nuru paşanın ona 1922-ci il iyul ayının 10-da yazdığı məktub da vardır. Bu məktub Nuru paşanın Ənvər paşaya yazdığı sonuncu məktub sayılır. Çünki Ənvər paşa həmin ilin avqust ayında Orta Asiyada şəhid oldu. Nuru paşanın Berlindən Ənvər paşaya yazdığı məktub aşağıdakı kimidir:

Məktubdan görünür ki, Nuru paşa Azərbaycan və Dağıstanla əlaqələrini kəsməyibmiş və bu bölgələrin sovet işğalından azad olması onu hələ də düşündürürdü. O, Ənvər paşanın Orta Asiyada bolşeviklərə uğurlu mübarizəsini də Azərbaycan və Dağıstanın Sovet işğalından qurtarılması üçün bir zəmin kimi qiymətləndirirdi. Ona görə də Nuru paşa həm Ənvər paşanın Orta Asiyada bolşeviklərə qarşı mübarizəsini dəstəkləyir, həm də özü də ora yollanaraq bu mübarizəyə qoşulmaq istəyirdi. Bunun üçün Nuru paşa hətta silah və sursat hazırlaması işləri ilə də məşğul oludru. Nuru paşanın bu məktubundan az bir müddət sonra Ənvər paşa Orta Asiyada şəhid oldu və Nuru paşa yəqin elə buna görə daha Orta Asiyaya getməyi lazım bilmədi. Ənvər paşanın şəhid olması xəbərini Nuru paşa Berlində aldı və onun bu xəbəri necə qarşıladığını söyləmək çətindir. Lakin məlumdur ki, Nuru paşa qardaşı Ənvər paşaya sonsuz ehtiramla yanaşırdı, onu nəslinin böyüyü bilirdi, bütün məktublarında ona isti sözlərlə müraciət edirdi.

Nuru paşa özəl fəaliyyətini uğurla qurduqdan sonra Ənvər paşanın övladlarına xüsusi qayğı göstərirdi. Ənvər paşanın Naciyə sultandan üç övladı var idi və onlar xaricdə yaşamalı olurdular. Nuru paşa tez-tez onları Türkiyəyə dəvət edərək onlara mümkün qayğını göstətirdi. Naciyə sultan bu barədə öz xatirələrində də yazırdı:

Ənvər paşanın ailə üzvlərinə Türkiyəyə qayıtmaq qadağan olunmudu. Naciyə sultan məktubunda buna işarə edirdi. Nuru başa dövlət orqanlarına müraciət edərək, Ənvər paşanın övladlarının vətənə qayıtması barəsində icazə ala bilmişdi. Nuru paşa Berlində erməni terrorçuları tərəfindən təqib olunurdu. Ermənilər Tələt paşa hökumətinin rəhbərlərinin və fəallarının terror edilməsi üçün kütləvi fəaliyyətə başlamışdılar. Bu baxımdan onlar Nuru paşanı da Azərbaycanda erməni daşnaklarına qarşı mübarizə aparmasına görə qətlə yetirmək istəyirdilər. Ona görə də Berlində Nuru paşanın izinə düşə bilmişdilər. Ənvər paşanın xanışı Naciyə sultan Nuru paşanın Berlində ermənilər tərəfindən təqib olunmasını belə xatırlayırdı:

Nuru paşanın Ərzrum və Trabzonda işə saldığı emalatxanaların da fəaliyyəti görünür uğurlu olmamışdır. Çünki Nuru paşa sonradan öz fəaliyyətini Ankara və İstanbulda davam etdirməli olmuşdu. Ankarada bir müddət ticarət işləri ilə məşğul olmuş, sonra isə İstanbula gələrək burada iş qurmağa çalışmışdı. Bu, artıq XX əsrin 30-cu illərinə təsadüf edir. 1918-ci ildən başlayaraq Nuru paşa hərbi pensiya almağa başlamışdır. Nuru paşa Türkiyə Müdafiə Nazirliyinə müraciət edərək Azərbaycanın süvari alayı ilə birlikdə Milli Mücadilədə iştirak etdiyini bəyan etmiş və ona Milli Mücadilə veteranı kimi pensiya kəsilməsini xahiş etmişdi. Aparılan müəyyən yoxlamalardan sonra Nuru paşanın bu məlumatı təsdiq olunmuş və ona Milli Mücadilə veteranı kimi pensiya kəsilmişdi. 1929-cu ildə isə ona Milli Mücadilədə iştirak etdiyi üçün İstiqlal medalı verilmişdir. Qeyd etmək lazımdır ki, Nuru paşa hərbidən yarbay rütbəsində tərxis edilmişdir. Bu rütbə onun Qafqaz İslam Ordusu komandanı təyin edilməzdən əvvəl malik olduğu rütbə idi. Generallıq (paşalıq) rütbəsi isə ona Qafqazda xidmət etməli olması ilə əlaqədar fəxri rütbə kimi verilmişdir. Bununla belə, Nuru bəy bütün tarixi ədəbiyyatda Nuru paşa kimi xatırlanmaqdadır. Nuru paşanın İstanbulda qurduğu iş daha uğurlu alınmışdır. O, 1933-cü ildə İstanbulda Zeytunburnu fabrikini açdı və bu fabrikin fəaliyyəti 1946-cı ilə kimi davam etdi. Zeytunburnu fabriki hərbi xarakterli fabrik idi və burada top, minaatan, təyyarə mərmiləri, tapançalar və digər silah və sursat istehsal olunurdu. Eyni zamanda bu fabrikdə mərmilərin, hərbi silahların və təchizatın təmiri işləri də aparılırdı. Nuru paşanın fabriki hətta İkinci Dünya müharibəsi illərində Türkiyədə əsas tapança istehsal edən fabrik idi. Fabrik təkçə tapança üçün yox, digər silahlar üçün də Türkiyə Müdafiə Nazirliyindən böyük sifarişlər alırdı. Nuru paşa Sütlücədə yeni bir fabriki təsis etdikdən sonra Zeytunburnu fabrikinin fəaliyyəti tədricən həmin fabrikə keçirilmişdi. Sütlücə fabrikinin təsis edilməsi isə 1938-ci ilə təsadüf edir. Bu fabrik başqa bir şəxsə mənsub idi və göstərilən ildə Nuru paşaya satıldı. Nuru paşa bu fabriki ciddi şəkildə yenidən təchiz edərək onu silah və sursat istehsal edən bir fabrikə çevirdi. Burada istehsal olunan silahlar Türkiyənin ehtiyacına istifadə edildiyi kimi, həm də xaricə ixrac olunurdu. Bu da Nuru paşanın istehsal etdiyi silahların yüksək keyfiyyətdə olmasından xəbər verir. Nuru paşa hətta öz məhsulları ilə müxtəlif sərgilərdə də iştirak edirdi. O, istehsal etdiyi məhsulların satışının təşkil edilməsi üçün bir sıra xarici ölkələrdə də olmuşdu. Nuru paşanın həyatını tədqiq edən Necdət Karakösenin tədqiqinə görə Nuru paşa Sütlücə fabrikinin işini qurandan sonra aşağıdakı ölkələrdə olmuşdu: — 1938-ci ilun martında Nuru paşa Vyana, Berlin və Parisdə olmuşdu, 1939-cu ilin əvvəlində yenidən Almaniyaya yollanmış və orada kiçik qardaşı Kamil bəylə də görüşə bilmişdi. 1939-cu ilin avqustunun 20-də yenidən Almaniyaya yollanmışdır. 1940-cı ilin əvvəlində Nuru paşa İsveçrə və Fransada, 1948-ci ilin mayında Misirdə, 1948-ci ilin avqust-oktyabrında Suriyada olmuşdu. Avropaya səfəri zamanı Yunanıstanda olarkən Nuru paşanın zəhərlənməsi baş vermiş və hətta bir müddət yaddaşını da itirmişdi. Bütün bunlar göstərir ki, Sütlücə fabriki kifayət qədər məhsuldar bir fabrik idi və onun işinin tənzimlənməsində Xəlil paşa da Nuru paşaya müəyyən köməklər göstərirdi. Ənvər paşanın həyatının tədqiqatşısı olan Şövkət Sürəyyə Aydəmir Sütlücə fabrikini işlədərkən Nuru paşa ilə görüşmüş və Xəlil paşanın ona kömək etməsi ilə bağlı öz xatirələrində də yazmışdı. Bu xatirələrin bir maraqlı məqamı var ki, Sürəyyə Aydəmir Nuru paşa ilə görüşündə Qafqaz xatirələrinə daldıqlarını qeyd edirdi. Yəni, aradan illər keçməsinə, həyatın tamamilə yeni qayğıları ortaya çıxmasına baxmayaraq Nuru paşa Azərbaycandakı xidmətini həmişə kövrək xatirələrlə anırdı. Ş. Sürəyya Aydəmir yazır: