Fuad Seyfulla oğlu Mustafayev () — ANS Şirkətlər Qrupunda Təsisçilər Şurasının Fəxri Sədri (1991–2016).
Həyatı Mustafayev Fuad Seyfulla oğlu 1927-ci il 16 avqust tarixində Bakıda anadan olmuşdur. 1948-ci ildə Bakı Dəmiryol Texnikumunu, 1958-ci ildə Leninqrad Dövlət Hərbi Akademiyasını bitirmişdir.
1958–1964-cü illərdə hərbi qulluqda olmuşdur, hissə komandiri vəzifəsinədək yüksəlmişdir. 1965–1995-ci illərdə Tikinti Nazirliyində, Sənaye Tikinti Nazirliyində, Üzümçülük-Şərabçılıq komitəsində, Baş Kolxoz-sovxoz Tikinti Birliyində, Hidrometeorologiya İdarəsində rəhbər vəzifələrində işləmişdir. 1996–1999-cu illərdə ANS-Kommers şirkətinə rəhbərlik etmişdir. 1999-cu ildən 2016-cı ilədək Çingiz Mustafayev Fondunun Prezidenti idi. 1991-ci ildən 2016-cı ilədək ANS Şirkətlər Qrupunda Təsisçilər Şurasının Fəxri Sədri oldu.
Fuad Mustafayev 8 aprel 2019-cu ildə 91 yaşında vəfat etmişdir.
Çingiz Mustafayevin atasıdır. Rafael Mustafayevin atasıdır. Vahid Mustafayevin atasıdır. Seyfulla Mustafayevin atasıdır. Naxış Mustafayevanın həyat yoldaşıdır.
Kateqoriya:16 avqustda doğulanlar Kateqoriya:1927-ci ildə doğulanlar Kateqoriya:Azərbaycan uzunömürlüləri Kateqoriya:Azərbaycanlı uzunömürlülər