İvanovka — Azərbaycan Respublikasının İsmayıllı rayonunun İvanovka kənd inzibati ərazi dairəsində kənd. Sovet dövründən ölkədə qalan yeganə kolxoz.

Tarixi İvanovka İsmayıllı rayonunun mərkəzindən 12–14 km cənub–qərbdə, Acınohur ön dağlığında yerləşir.The project "Authentic Azerbaijan"—Discover Azerbaijan: İsmayıllı Kəndin əsası 1847-cı ildə çar hakimiyyəti dövründə Qafqaza köçürülmüş ruslar tərəfindən qoyulmuşdur.Сайт о селе Ивановка Республики Азербайджан: Azerbaijan days: Ivanovka – a little piece of the Soviet Union

Kəndin adı da onun yaradıcısı olan kəndçi İvan Perşinin şərəfinə qoyulmuşdur. Onlar tez bir zamanda özlərinə yurd salıb qurub, qonşuları olan azərbaycanlılarla yaxın dost münasibətləri qurmuşlar.

Kənddə yeni orta məktəb, kitabxana, xəstəxana, doğum evi, uşaq bağçası, elektron ATS var.

Əhalisi +İvanovka kəndi əhalisinin milli tərkibi Etnik qrup Sayı, 1970 sa.Ethno-Caucasus, Этнодемография Кавказа: Исмаиллинский район (перепись 1970 года) Nisbəti, 1970 sa. cəmi3 694100 % rus və ukraynalı3 32089.9 % ləzgi1534.1 % azərbaycanlı1474 % erməni511.4 % tat170.5 % yəhudi40.1 %

13–22 aprel 2009-cu il Ümumazərbaycan əhali siyahıyaalınmasına əsasən İvanovka kənd inzibati ərazi dairəsində 2797 nəfər (1327 nəfəri kişilər, 1470 nəfəri qadınlar) əhali yaşayır. thumb|Molokan qızlar

İqtisadiyyatı 250px|thumbnail|Taxıl sahələri 1930-cı ildə İvanovkada o vaxtlar hər yerdə olduğu kimi "kolxoz" quruldu və o bugünkü günə kimi öz fəaliyyətini davam etdirir. Kolxoz bacarıqlı işçi və uzaqgörənliyi ilə seçilən Nikolay Vasilyeviç Nikitinin adını daşıyır. O, kolxoza 1994-cü ilə kimi düz 41 il rəhbərlik edib. Hazırda kənddə 1000-ə yaxın təsərrüfat qeydə alınıb.

İvanovkalılar üzümçülük, taxılçılıq və heyvandarlıqla məşğul olurlar. Çaxır, pendir və s. kimi məhsulları daxili bazarda öz yerlərini tutub. Kənddə bir neçə sex, park və zavod (məsələn: Kirəmit zavodu) fəaliyyət göstərir.

Din Kənddə "Molokan–ruhani xristian" dini icması fəaliyyət göstərir.QEYRİ-İSLAM DİNİ İCMALARI . scwra.gov.az

Qalereya

İstinadlar

Həmçinin bax

Kateqoriya:İsmayıllı rayonunun kəndləri Kateqoriya:İsmayıllının görməli yerləri Kateqoriya:Malakanlar