Adil Möhsün oğlu Abbasov () — Azərbaycan operatoru, əməkdar mədəniyyət işçisi (2006), Azərbaycanın əməkdar incəsənət xadimi (2018), "Humay" və "Qızıl Çıraq" mükafatları laureatı (2002), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2026-cı ildən).
Həyatı Adil Abbasov 18 avqust 1951-ci ildə Tehranda anadan olub.
ÜDKİ-nin kinooperatorluq fakültəsini bitirib (1984).
Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində işləyir.
1 avqust 2018-ci ildə isə Azərbaycanın əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür. 7 may 2026-cı ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.
Filmoqrafiya Ordubad (film, 1983) Bayramda yağış (film, 1985) Arif Məlikov. "Məhəbbət əfsanəsi" (film, 1987) Gənc qadının kişisi (film, 1988) Maestro (film, 1988) Rüstəm İbrahimbəyov (film, 1988) Anarla üz-üzə (film, 1989) Biznesmen (film, 1989) Oxu, tar (film, 1989) Ağa, cəddinə qurban (film, 1993) "Atikva" ümid deməkdir (film, 1994) Pirə qayıdan yol (film, 1994) Hacı Arif (film, 1995) Novruz (film, 1995) Zəng (film, 1995) Avşarlar (film, 1996) Səhnəmizin Yaşarı (film, 1996) Sənətinin Vaqifi (film, 1996) Nigarançılıq (film, 1998) Tikdim ki, izim qala. III film (film, 1998) Borçalı elləri. Qaraçöp (film, 1999) Xoşbəxt adam (film, 1999) Maraqlı adamlar (film, 1999) Yaşıl eynəkli adam-2 (film, 1999) Zirvədən boylanan Xınalıq (film, 1999) Dədəgünəş (film, 2000) Ana duasından başlanan yol (film, 2001) Başmaq (film, 2001) Dan ulduzu, tale ulduzu (film, 2001) Əliməmməd dayı (film, 2001) Qədir Rüstəmov (film, 2001) Mədəniyyət salnaməsi (film, 2001–2004) Muğam (film, 2001) Nekroloq (film, 2001) Ömrün yuxuları (film, 2001) Pənah Xəlilov (film, 2001) Salur Qazanın evi talandığı boy (film, 2001) Zaqatala qoruğu (film, 2001) Altay Məmmədov (film, 2002) Çiçi xalçaları (film, 2002) Ömür ağacı (film, 2002) Padarçöl (film, 2002) Səsin Məcnunu (film, 2002) Yaşıl eynəkli adam-3 (film, 2002) Yeddi oğul istərəm, bircə dənə qız gəlin (film, 2002) Aşıq Məhəmməd Sadaxlı (film, 2003) Dəvətnamə (film, 2003) Yumurta (film, 2003) İsrafil müəllim (film, 2003) Qara Qarayev (film, 2003) Qısa monoloqlar (film, 2003) Mötəbər insanlarımız (film, 2003) Sirkə (film, 2003) Abşeron lövhələri (film, 2004) Molokanlar. Saf ruh (film, 2004) Teatr (film, 2004) Yaxşı adam haqqında (film, 2004) Yalçın (film, 2004) Akademik Heydər Hüseynov (film, 2005) Ağaxan (film, 2006) İlisu (film, 2006) Kişiləri qoruyun (film, 2006) Nağılların Dərbəndi (film, 2006) Şəki teatrında (film, 2006) Üçüncü zəng (film, 2006) Ev (film, 2007) Həsən Abdullayev xatirələrdə… (film, 2007) Qaragülün nağılı (film, 2007) Yorulmamışam. Rövşən Behcət (film, 2007) Yuva qurdum söz içində. Məmməd Alim (film, 2007) Abşeron gizlinləri (film, 2008) Aşiqlər (film, 2008) Azərbaycan motivləri (film, 2008) Düyün (film, 2008) Yalançılar (film, 2008) Arxası qibləyə (film, 2009) Azərbaycan musiqisi (film, 2009) Teatral həyat (film, 2009) Xiffət (film) Aqşin Əlizadə (film, 2011) Gün keçdi (film, 2012) Ağabacı Rzayeva. Notlarda yaşanan ömür... (film, 2013) Adi və qeyri-adi Səttar Bəhlulzadə (film, 2014) Azərbaycan incəsənəti minillikləri... (film, 2014) Adil Babayev. Ata olsam belə, ata istərəm (film, 2015) Arif Hüseynov. Taleyimin cizgiləri (film, 2015) Portret... Bəstəkar Faiq Sücəddinov (film, 2017) Mərmər soyuğu (film, 2022)
İstinadlar
Kateqoriya:Azərbaycan kinooperatorları Kateqoriya:Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun məzunları Kateqoriya:Azərbaycan Respublikasının əməkdar incəsənət xadimləri Kateqoriya:"Humay" mükafatı laureatları Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri