Aida Nəsir qızı İmanquliyeva () — Azərbaycan şərqşünası,Milli Elmlər Akademiyası Kitabxanası, BDU Şərqşünaslıq fakültəsi kitabxanası, Şərqşünaslıq İnstitutu Kitabxanası ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1987).
Həyatı Aida İmanquliyeva 1939-cu il oktyabrın 10-da Bakı şəhərində ziyalı ailəsində dünyaya göz açıb. Jurnalist, pedaqoq, əməkdar elm xadimi, Azərbaycan mətbuatının banilərindən biri və "Bakı" və "Baku" qəzetlərinin baş redaktoru olmuş Nəsir İmanquliyevin qızıdır. 19 sentyabr 1992-ci ildə Bakı şəhərində vəfat etmişdir.
Ailəsi Arif Paşayev ilə ailə həyatı qurmuşdur. Mehriban Əliyeva və Nərgiz Paşayevanın anasıdır.
Təhsili Aida İmanquliyeva Bakıda 132 saylı orta məktəbi qızıl medalla bitirmişdir. 1957–1962-ci illərdə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsində təhsil aldıqdan sonra 1966-cı ildə Moskvada SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda 1967-ci ildə "Qələmlər birliyi" və onun Mixail Nüeymənin yaradıcılığında rolu" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək filologiya elmləri namizədi adı almışdır.
Elmi fəaliyyət Azərbaycan Milli Elmlər Akademiyasında Yaxın və Orta Şərq Xalqları İnstitutunda "Ərəb ədəbiyyatı" qrupunda kiçik elmi işçi, sonra baş elmi işçi kimi çalışmışdır. 1966–1976-cı illərdə ərəb filologiyası şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 1976-cı və 1988-ci illərdə, elmi işlər üzrə direktor müavini, 1988-ci və 1991-ci illərdə həmin institutda direktor vəzifəsində çalışmışdır. 1976–1988-ci illərdə, institutun ərəb filologiyası şöbəsinə rəhbərlik etdiyi müddətdə, 10 nəfər ərəbşünas namizədlik dissertasiyalarını müdafiə edərək, filologiya elmləri namizədi alimlik dərəcəsinə yiyələnib. Beləliklə, Aida İmanquliyeva Azərbaycanda ərəb ədəbiyyatı üzrə ilk elmlər doktoru və ilk qadın professor olmuş, elmi işlərlə yanaşı, pedaqoji fəaliyyət də göstərmişdir. O, Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində ərəb ədəbiyyatından dərs demişdir. SSRİ Nazirlər Soveti yanında fəaliyyət göstərən Ali Attestasiya Komissiyasının qərarı ilə ona "Xarici Asiya və Afrika xalqları ədəbiyyatı" ixtisası üzrə, 1991-ci ilin mart ayında professor elmi adı verilmişdir. A. İmanquliyeva 1987-ci ildə Ümumittifaq Şərqşünaslar Cəmiyyəti Rəyasət Heyətinin üzvü və 1983-cü ildən isə sözügedən cəmiyyətin Azərbaycan bölməsi sədrinin müavini olmuşdur. Moskva, Bakı, Düşənbə, Hamburq, Kiyev, Sankt-Peterburq, Poltava, Tbilisi və digər şəhərlərdə keçirilən Şərq problemlərinə həsr olunmuş beynəlxalq konfranslarda məruzələrlə çıxış etmişdir.
2005-ci ildə Sankt-Peterburq Dövlət Universitetinin xatirə medalı ilə təltif olunmuşdur.
Əsərləri Kitabları:
"Mixail Nüaymə və Qələmlər birliyi" "Cübran Xəlil Cübran" "Yeni ərəb ədəbiyyatının korifeyləri" 2007-ci ildə "Yeni ərəb ədəbiyyatının korifeyləri" əsəri Türkiyədə "Modern Arap Edebiyatının Usta Kalemleri" adı ilə türk dilində nəşr edilmişdir. Əsər Rəşad İlyasov və Qiyas Şükürov tərəfindən türk dilinə tərcümə olunmuşdur. Əsərdə Cübran Xəlil Cübran, Əmin ər-Reyhani və Mixail Nüaymənin həyat və yaradıcılığı geniş şəkildə tədqiq edilmişdir.
Məqalələri:
"Корифеи новоарабской литературы (к проблеме взаимосвязи литератур Востока и Запада начала ХХ века)" (1991) "Истоки арабско-русских культурных и литературных связей" (Вопросы восточной филологии, 1986) "Русская литературно-критическая мысль и творчество М. Нуайме" (Вопросы восточной филологии, 1986) "Природа в творчестве Амина ар-Рейхани" (Вопросы восточной филологии, 1987) "Романтизм ар-Рейхани в повести "Вне стен гарема" и в малых прозаических жанрах" (Проблемы зарубежного Востока: история и современность, 1988) "Qələmlər cəmiyyəti üzvlərinin yaradıcılığındakı yeni təmayüllər haqqında" (A. İmanquliyeva, Məqalələr və tərcümələr, 2010) "İspaniyada ərəb ədəbiyyatının yaranması və inkişaf tarixinə dair"
Bu kitab və məqalələr Azərbaycan ərəbşünaslıq elminin inkişafında əhəmiyyətli rol oynamış, Şərq və Qərb mədəni ənənələrinin sintezi, yaradıcı üslubun inkişafı və yeni bədii cərəyanların təşəkkülü ilə bağlı elmi araşdırmalar təqdim etmişdir.
Tərcümələri (Ərəb dilindən) İnsan və quş (hekayələr) Ağ günlərin sorağında (İraq ədəbiyyatından nümunələr)
Həmçinin bax Aida İmanquliyeva (film, 2018)
Aida İmanquliyeva ve Şərq-Qərb əlaqələrinin multikultural tədqiqi (məqalələr toplusu). Tərtibçi: Ə. Fərhadov. Bakı, ADU, 2019.http://web2.anl.az:81/read/page.php?bibid=670537&pno=1&lang=ru
İstinadlar
Ədəbiyyat
http://web2.anl.az:81/read/page.php?bibid=670537&pno=3 Şərq və Qərb: ortaq mənəvi dəyərlər, elmi-mədəni əlaqələr: Professor Aida İmanquliyevanın 70 illik yubileyinə həsr olunmuş Beynəlxalq İbnül-Ərəbi Simpoziumunun materialları; 9–11 oktyabr, 2009, Bakı / tərc. Ə. Fərhadov [və b.]. – Bakı: 2010.Kursiv mətn
Xarici keçidlər Görkəmli alim, bacarıqlı təşkilatçı, zərif qadın Səda — Aida İmanquliyevanın anım günüdür (19.09.2016)
Kateqoriya:Azərbaycan şərqşünasları Kateqoriya:Azərbaycanlı şərqşünaslar Kateqoriya:SSRİ ərəbşünasları Kateqoriya:Azərbaycan tərcüməçiləri Kateqoriya:Azərbaycanlı tərcüməçilər Kateqoriya:Azərbaycan ərəbşünasları Kateqoriya:Azərbaycan professorları
Kateqoriya:Bakı yazıçıları Kateqoriya:XX əsr tərcüməçiləri Kateqoriya:Ensiklopedik əhəmiyyəti təsdiqlənmiş alim məqalələri