Çikdamal — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda kənd.PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
Tarixi Rayon mərkəzindən 3 km məsafədə, Pəmbək çayının yanında, Çubuxlu dağının ətəyində yerləşir.
1937-ci ilə kimi Quqark (Qarakilsə) rayonunun tərkibində olmuşdur. 31 dekabr 1937-ci ildə yaradılan Hamamlı (Spitak) rayonunun inzibati ərazi bölgüsünə daxil edilmişdir. Qafqazın 5 verstlik xəritəsindəД. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскaго края, изданiя Кавказскaго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.284 qeyd edilmişdir. Kənddə e.ə.I minilliyə dair qala divarlarının qalıqları vardır.
Erməni mənbələrində bu qalanın farslara aid olduğu göstərilirErmənistan Sovet Ensiklopediyası, IX c., İrəvan, 1983, s.17.
Bu, erməni saxtakarlığının bir nümunəsidir. Onlar izi azdırmaq üçün türkləri farslar kimi təqdim edirlər. Elə vaxtilə İrəvan qalasının da farslara məxsus olduğunu qeyd edirdilər.
Bu gün İrəvan şəhərində azərbaycanlılara məxsus olan Göyməscid məscidi də farslara məxsus tarixi abidə kimi təqdim olunur. Digər tərəfdən Çikdamal kəndinin əsasının 1873 - cü ildə qoyulduğunu yazırlarErmənistan Sovet Ensiklopediyası, IX c., s.17.
Əgər kənd 1873 - cü ildə yaradılıbsa, e.ə. I minilliyə aid qala hansı kəndin ərazisində tikilmişdir? Digər tərəfdən, elə erməni mənbələrində ermənilərin 1828-29cuillərdə Çikdamal kəndinə köçürüldüyü göstərilirErmənistan Sovet Ensiklopediyası, XI c., İrəvan, 1983. s.17;Hakopyan T.X., MəlikBaxşyan St.T., Barseğyan O.X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində). I c., AD, İrəvan, «İrəvan Universiteti», 1986. s.424.
Bütün bunların hamısı erməni saxtakarlığını əyani şəkildə göstərir.
Toponim türk dilində «sərhəd, mərz» mənasında işlənən çik sözü iləМурзаев Э.М. Словарь народных географических терминов, М., «Мысль», 1984. s.615 Azərbaycan dilındə, «ev, bina, tikili», «bir ya iki tərəfi açıq, üstüörtülü yer, tikili», «pəyə, dəyə, qazma» mənasında işlənən dam sözününAzərbaycan dilinin izahlı lüğəti, II c., Bakı, «Elm», 1980. s.26Мурзаев Э.М. Словарь народных географических терминов, М., «Мысль», 1984. s.170-171 birləşməsindən əmələ gəlmişdir. Toponimin sonundakı «al» topoformantdır. «Çik» sözü türk dilində «dar dərə» mənasında da işlənirРадлов В.В. Опыт словарья тюркских наречий, т.III, ч.2, СПб, 1905. s.2111 «Sərhəddə yerləşən ev, yaşayış məntəqəsi, kənd» mənasını bildirir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25.l.1978-ci il fərmanı ilə adı dəyişdirilib Areveşoq qoyulmuşdur.
Əhalisi Ermənilər buraya 1828-1829 - cu illərdə İranın Maku vilayətindən köçürülmüşdür.
Burada 1897-ci ildə ermənilərdən başqa, 7 nəfər azərbaycanlı yaşamışdır.
Onlar XX əsrin əvvəllərində sıxışdırılaraq kənddən çıxarılmışdır. İndi ermənilər yaşayır.
İstinadlar
Kateqoriya:Pəmbək kəndləri Kateqoriya:Loru mərzinin yaşayış məntəqələri