Ağkilsə — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd.İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" , Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2

Tarixi Rayon mərkəzindən şərqdə, Siqnax dağının ətəyində, Zimmi dərəsində, Vedi çayının sahilində yerləşirdi.

1590-cı ildə tərtib edilmiş «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə Ağcakilsə İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.172 formasında, 1728-ci ildə tərtib edilmiş, «İrəvan əyalətinin icmal dəftəri»ndə«İrəvan əyalətinin icmal dəftəri», s.106 və Qafqazın 5 verstlik xəritəsindəД. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскaго края, изданiя Кавказскaго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.5 Ağkilsə kimi qeyd edilmişdir.

Toponim alban məbədinin adı əsasında, rəng bildirən ağ sözü ilə və kilsə sözünün birləşməsindən əmələ gəlmişdir. Quruluşca mürəkkəb toponimdir.

Əhalisi Kənddə 1873 - cü ildə 111, 1886-cı ildə 152, 1897-ci ildə 165, 1904 - cü ildə 563, 1914 - cü ildə 574, 1916-cı ildə 259 nəfər azərbaycanlı yaşamışdırerm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) . Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. 84-85, 154-155.

1918-20-cı illərdə kəndin əhalisi qırğınlarla tamamilə qovulmuş və kənd ləğv edilmişdir. İndi xaraba kənddir.

İstinadlar

Kateqoriya:Vedibasar kəndləri Kateqoriya:Ermənistanın ləğv olunmuş kəndləri Kateqoriya:Ararat mərzinin yaşayış məntəqələri