Henri Devid Toro () — Amerika idealist filosofu və yazıçısı; Ralf Uold Emersonun başçılıq etdiyi Transsendentalistlər dərnəyinin üzvü. Toronun baxışları Avropa romantiklərinin, xüsusilə Karleylin və Russonun təsiri altında təşəkkül tapmışdır. Şərq fikrinin təsiri də görünür. Xırda burjua mövqelərindən kapitalizmin istismarçı mahiyyətini, onun mədəniyyətini tənqid etmişdir. O yazırdı: "Bir sinfin dəbdəbəsi digər sinfin yoxsulluğu ilə tarazlığa gəlir. Bir tərəfdən saray, digər tərəfdən dilənçilər üçün sığınacaq… ("Uolden, yaxud meşədə həyat" əsərindən, 1854.)

Toro hesab edirdi ki, istənilən dövlət "kəmağıllıq xəstəliyinə tutulur" və bəlaya çevrilir. ABŞ dövləti haqqında o demişdir: "Onunla hər cür əməkdaşlıq insanı biabır edir".

Mütəfəkkirin fərdiyyətçi sosial-etik idealı – (azad, cəmiyyətdən asılı olmayan, təbiətə təzim edən şəxsiyyət) burjua quruluşuna onun mənfi münasibətinin nəticəsi idi.

Toronun fəlsəfi baxışları Panteizmdən ibarətdir; təbiətin və ümumdünya zəkasının qanunları (əxlaqi qayda da daxil olmaqla) biri-birinə uyğun gəlir.

İdrakın məqsədi həqiqətdir; bunu da biz əhatə olunduğumuz Allah reallığını, yəni Təbiəti anlamaqla əldə edirik.

ABŞ-də köləliyə qarşı mübarizə aparmış, vətəndaşlıq itaətsizliyi ideyasını irəli sürmüşdür; Con Braunun zənciləri müdafiə etməsini "nəcib şücaət" adlandırmışdı.

İstinadlar

Kateqoriya:ABŞ filosofları Kateqoriya:ABŞ yazıçıları Kateqoriya:Mərzçəkənlər Kateqoriya:XIX əsr ABŞ yazıçıları Kateqoriya:ABŞ-nin kişi şairləri Kateqoriya:İngilis mənşəli ABŞ şəxsləri Kateqoriya:ABŞ publisistləri Kateqoriya:Pasifistlər Kateqoriya:Panteistlər Kateqoriya:Siyasi filosoflar Kateqoriya:XIX əsr filosofları Kateqoriya:ABŞ abolisionistləri Kateqoriya:Avtobioqrafiyalar Kateqoriya:Sosial filosoflar Kateqoriya:ABŞ təbiətşünasları