Mövzu Şərqli bir ailədən olmasına baxmayaraq, bir qərbli kimi yetişdirilmiş, bütün həyatı boyu bu şəkildə yaşamış olan Xəzər Əzizoğlunun həyatı qardaşının öldürülməsi bir daha heç vaxt əvvəlki halına qayıtmamaq üzrə dəyişir. Nənəsindən zaman zaman duyduğu və uzaq bir nağılmış kimi qulaq asdığı qan davası bir anda onun yeganə həqiqəti olur. Uzun illər əvvəl Şahvar ailəsiylə aralarındakı ədavət üzündən Doğubeyazıt-dan İstanbula köçən Əzizoğulları tam sülh edilmək ərəfəsində yeni bir qurban vermişlər. Ancaq hər iki ailə də bu savaşın daha çox sürməsini istəmirlər. Bir müqavilə bağlanılmasına qərar verilir. Adətləri lazımi Əzizoğlu ailəsinə qan davasının əvəzi ödəniləcəkdir, bu bədəl də Azzam Şahvar-ın qızı Zilan olacaqdır. Fıratın üzərinə düşən də Zilanla ailə qurmaqdır. Xəzər ən başından etibarən bu fikrə qarşı çıxır. Evlənməyi heç düşünmədiyi anda işin ciddiliyinin fərqinə varır və bütün ailəsi üçün bu evliliyi qəbul edir. Aradakı sülhü gücləndirmək məqsədilə iki ailə arasında biznes tərəfdaşlığına da girilib. Zilanın İstanbula gəlməsi görünüşdə iki ailə arasında sular durulmuş kimidir. Ancaq bundan sonra Xəzərlə Zilanın mübarizəsi başlayacaqdır. İki məğrur gənc, bu məcburi evliliyi davam etdirərkən bir-birilərindən mümkün qədər uzaq durmağa çalışsa da zamanla labüd olaraq bir-birilərilə maraqlanmağa başlayırlar. Eşqbazlıq baxışlarla başlayan bu maraq zaman keçdikcə yerini heç kəsin gözləmədiyi bir eşqə qoyacaqdır.
Film heyəti Aktyor Obrazı Mahsun Qırmızıgül Xəzər Əzizoğlu Beren Saat Zilan Şahvar İzzət Günay Həsən Əzizoğlu Bahri Beyat Azzam Şahvar Fırat Tanış Rəsul Şahvar Hüseyn Avni Danyal Nizar Əzizoğlu Əsli Tandoğan Dilan Şahvar Teoman Qumbaraçıbaşı Civan/Arda Əzizoğlu Dəniz Göyçər Bərrin Əzizoğlu Alpər Qul Cəsur Əzizoğlu Maral Ünər Dəstan Əzizoğlu Ulduz Kültür Sultan Şahvar
İstinadlar
Kateqoriya:2005-ci ildə başlayan Türkiyə teleserialları Kateqoriya:2006-cı ildə tamamlanmış Türkiyə teleserialları