() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Arealı Təbii halda Meksikada yayılan çoxillik bitkidir.
Botaniki xarakteristikası Şirəli, qalın yarpaqları bitkinin kök boğazından çıxaraq, sıx yarpaq yığımı əmələ gətirir. Yarpaqları boz-yaşıl rənglı, 2 m uzunluğunda, 20-25 sm enində olub, xətvari-neştərvaridir, uc hissəsi 3 sm. uzunluğunda hər iki tərəfi tikanlıdır. Yaşadığı dövrdə bir dəfə çiçək açır, çıçəkləmə qurtardıqdan sonra çoxlu kök pöhrələri əmələ gətirir və əsas bitki məhv olur. 20-25, bəzən isə 30-35 ildən sonra çiçək açır. Yarpaq yığımının mərkəzindən uzunluğu 10-12 m-ə qədər olan çiçək zoğu qalxır. Çiçək zoğunun ucunda 1 m uzunluğunda çoxlu sarımtıl zəngvari çiçəklər əmələ gəlir. Çiçəkləmə 8 aya qədər davam edir.
Abşeron şəraitində yığılan aqava toxumları cücərmə qabiliyyətinə malik deyil, kök pöhrələri vasitəsi ilə asanlıqla çoxaldılır. Adətən toxumlar gövdənin altında cücərir.
Ekologiyası Quraqlığa, küləyə işığa davamlı, qumlu, şoran torpaqlarda yaxşı bitir.
Azərbaycanda yayılması Bakıda, Sumqayıtda, Ələtdə, Qobustanda və digər rayonlarda yaşıllaşdırmada rast gəlinir.
İstifadəsi Yaşıllaşdırmada, tək əkinlərdə istifadə edilir. Bir çox ölkələrdə yarpaqlarından kəndir istehsalında, gəmilərin hazırlanmasında istifadə edilir.
Sinonimləri Homotipik sinonimləri
Yarımnövləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:Yeni Zelandiya florası Kateqoriya:Şimali Amerika florası Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Dərman bitkiləri Kateqoriya:40+ ID olan Taksonbar Kateqoriya:Otaq bitkiləri Kateqoriya:Türkiyə florası Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları