1995 Azərbaycan Superkuboku — futbol üzrə Azərbaycan Superkubokunun üçüncü mövsümü.

Tarixi 1995-ci ildə keçirilən bu oyunla Superkubok oyunu 2-ci dəfə və bu dəfə də "Səhər" qəzetinin təşəbbüsü ilə baş tutdu. Bu dəfə də qarşılaşma Sumqayıtda keçirildi. Amma 3 il əvvəlki ilə müqayisədə bu dəfə çempionla kubokun qalibi üz-üzə gəlmirdi. 1994/95 mövsümündə qızıl medal qazanan "Kəpəz" bu turnirdə oynamaqdan boyun qaçırdığından, Sumqayıta 2-ci yerin sahibi "Turan" gəlmişdi. "Neftçi" isə bu dəfə ölkə kubokunun qalibi kimi meydana çıxırdı.

Gərgin mübarizə 90 dəqiqənin qollu heç-heçəsi ilə başa çatdı. "Turan" penaltidən bərabərlik qolunu vurdusa, "Neftçi" matçın taleyini həll edəcək 11 metrlik zərbəni qaçırdı. Əlavə vaxtın olmadığı görüşün sonunda bakılıların baş məşqçisi Vaqif Sadıqov sonradan başqa həmkarlarının da əl atdığı fənddən yararlanıb, qapıçını dəyişdi. Penaltilər seriyasına hesablanan bu addım özünü doğrultdu. Ümumiyyətlə, bu seriya Nizami Sadıqovla Rauf Salamovun şousu ilə nəticələndi. Komandalar hərəyə 13 zərbə vurmalı oldu. Bakılılar 5, Tovuz təmsilçisi 6 imkanı qaçırdı.

Oyunun nəticələri

GK 1 Nizami SadıqovDF 2 Hüseynqulu QuliyevDF 3 Eldar BədəlovDF 4 Azad Mütəllimov DF 5 Sakit AlıyevMF 6 Məqsəd YaqubəliyevMF 7 Qoşqar Hacıyev MF 8 Vidadi RzayevMF 9 İlham Məmmədov MF 10 Qurban QurbanovFW 11 Elşən QəmbərovƏvəzetmələr:DF 12 Aqil Məmmədov DF 14 Kamran Əlibabayev DF 13 Elxan Müslümov Baş məşqçi: Xanoğlan Abbasov GK 1 Elxan Həsənov DF 2 Vüqar İsmayılovDF 3 Mehman YunusovDF 4 İlham YadullayevDF 5 Mayis ƏzimovMF 6 Mirbağır İsayev MF 7 Yunis Hüseynov (c)MF 8 Yaşar VahabzadəMF 9 Bəxtiyar MusayevMF 10 Nazim Əliyev FW 11Vyaçeslav LıçkinƏvəzetmələr:DF 12 Kamil Bayramov DF 15 Füzuli Məmmədov GK 16 Rauf Salamov Baş məşqçi: Vaqif Sadıqov Baş hakimin köməkçiləri: Sabir Hacıyev Kərim Ağayev Qeyd: 1. 73-cü dəqiqədə Yunis Hüseynov penaltidən yararlana bilməyib. 2. Oyunda vərəqə göstərilməyib.

İstinadlar

Mənbə Barometr, yoxsa Superkubok? - LAYİHƏ. apasport.az, 30.07.2016

Həmçinin bax 1993 "Səhər" qəzetinin Superkuboku

Kateqoriya:1995-ci ildə futbol Kateqoriya:23 iyuldakı hadisələr Kateqoriya:Sumqayıtda futbol Kateqoriya:Azərbaycan Superkuboku Kateqoriya:1995-ci ildə Azərbaycanda idman Kateqoriya:1995-ci ildə Avropada futbol