Icadyptes salasi — Pinqvinkimilər fəsiləsinə aid olan nəsli kəsilmiş növ. Onlar əsasən Cənubi Amerikanın tropik ərziləri sahillərində yayılmışdılar.
Adlandırılması Cins adı iki sözün birləşməsindən əmələ gəlmişdir: "Ica" — Perunun İka regionu, "dyptes" yunan məşhəlli soz olub "üzgüçü". Növ adı isə Peru paleontoloqu Rodolf Salasın şərəfinə adlandırılmışdır.
Kəşfi Bu növə aid tapintılar İka departamentində Şimali Karolina Universiteti əməkdaşı olan Culii Klarkın rəhbərlik etdiyi ekspedisiya zamanı kəşf edilmişdir. Bu tapıntıya aid qalıqlar 1,5 m uzunluğa malikdirlər. Bu canlılar indiyənə qədər mövcud olmuş pinqvinlər arasında ölçüsünə görə üçüncüdürlər.
Icadyptes salasi və Perudyptes devriesi növləri yaşadığı ərazilər əsasən isti bölgələr təşkil etmişdir. Hazırda isə, ancaq Eynəkli pinqvin və Qalapaqos pinqvini isti enliklərdə yaşayır.
Alimlərin fikirinə görə pinqvinlər Antarktida, Yeni Zelandiya və cənub enliklərindən ekvatora 10 mln il öncə yayılmışlar. Icadyptes salasi isə böyük istiləşmə dönəmində 30 mln il öncə isti iqlimə uyğunlaşmışdır.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Nəsli kəsilmiş quşlar Kateqoriya:Pinqvinlər Kateqoriya:Tarixdən əvvəlki quşlar Kateqoriya:Nəsli kəsilmiş heyvanlar Kateqoriya:Pinqvinkimilər Kateqoriya:Nəsli kəsilmiş xordalılar