() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2c+ 3c. Azərbaycanın nadir növüdür.
Botaniki xarakteristikası 15-20 sm hündürlükdə, çılpaq, şirəli, birillik ot bitkisidir. Yarpaqları oturaq, növbəli, xətvari, yarımsilindrik, ətli-şirəli, kütdür aşağıda gövdəyə bitişikdir. Çiçəkləri yarpaq qoltuğunda yumaqcıqlara toplanmışdır, sonradan kiçik ayaqcıqlıdır. Erkəkciyi 5-dir, demək olar ki, görünmür. Yumurtalığı 2-3, qısa dişcik ağızcıqlıdır. Meyvələri 5-7 mm diametrindədir. Toxumu 1,5-2,5 mm diametrində, yastı horizontaldır.
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Çiçəkləmə və meyvə əmələgətirmə dövrü may-noyabr aylarına təsadüf edir. Kserofit, halofit, işıqsevən, duzlaşmaya davamlıdır. Toxumla çoxalır. Şoranlıqda şorangəlik qruplaşmalarının tərkibində rast gəlinir.
Azərbaycanda yayılması Kür-Araz ovalığı, Abşeron (Nardaran kəndinin ətrafı), Naxçıvan düzənliyi (Böyükdüz ətrafı).
Sayı və tendensiyası Populyasiyanın azalma tendensiyası müşahidə olunur, yaşama ərazisi məhdudlaşır.
Məhdudlaşdırıcı amillər Xəzər dənizinin səviyyəsinin qalxması və antropogen amillər (otarılma, tapdalanma, bağ tikintiləri).
Mühafizə tədbirləri Mühafizə üçün xüsusi tədbirlər aparılmır, yayılma yerlərində antropogen təsiri azaltmaq üçün yasaqlıqların təşkili, populyasiya səviyyəsində genetik tədqiqi, toxumlarının toxum bankında saxlanılması, bərpasının təmin edilməsi, yeni yayılma yerlərinin axtarılması təklif olunur.
Sinonimləri Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Türkiyə florası Kateqoriya:Əfqanıstan florası Kateqoriya:İran florası Kateqoriya:Pakistan florası Kateqoriya:Qazaxıstan florası Kateqoriya:Türkmənistan florası