() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısna göre növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir, prioritet növüdür. Regional IUCN Statusu: VU D2.

Qısa morfoloji təsviri Çoxillik ot bitkisidir, gövdənin boyu 50 sm-dir. Kökətrafı yarpaqları enli-rombvaridir, üçərbölümlüdür, son ayaları bölünmüş iti dişciklidir, uzunluğu 2 sm-dir. Ləçəkləri sarı, uzunsov-yumurtavaridir, çılpaqdır, uzunluğu 2,5 mm-ə yaxındır. Kənarları qanadlı olan meyvələri nisbətən nazikdir. Mərkəzi çətir qısasaplaqlı, 4-9 şüalıdır.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Çiçəkləmə və meyvəvermə may ayında olur. Kserofit bitkidir, aşağı dağ qurşaqlarında, quru dərələrdə bitir. Kərəvüzkimilərin Ferula caspica, Bupleurum exaltatum, Daucus carota, Scandix pecten-veneris, Astrodaucus orientalis növləri ilə birgə assosiasiyada qeydə alınmışdır.

Yayılması Bozqır yaylasında yayılmışdır. (Ağdaş rayonu), Kiçik Qafqazın şimal hissəsi (Samux rayonu — Bozdağ silsiləsi), Kür-Araz ovalığı (Qobustan qayaları).

Sayı və tendensiyası Populyasiyanın məhdud sahələrdə yayılması və mənfi təsirlərə məruz qalması azalma tendensiyasını sürətləndirir. 

Məhdudlaşdırıcı amillər Antropogen amillər və iqlimdir. 

Mühafizə tədbirləri Populyasiyaları təhlükə altında olduğundan qorunması vacibdir. 

İstinadlar

Həmçinin bax