Azərbaycanda danışılan dillər dörd dil ailəsində təzahür edir:
Türk dilləri; Hind-Avropa dilləri; Kartvel dilləri; Nax-Dağıstan dilləri.
Azərbaycanda ən çox yayılmış dil Azərbaycan dilidir. 2009-cu il məlumatına görə, ümumi əhalinin 98,6%-i bu dildə sərbəst danışa bilir.The State Statistical Committee of the Republic of Azerbaijan : Population by ethnic groups Xarici dillərdən isə rus dili və ingilis dili ən geniş yayılmışlardı. Üstəlik burada az saylı talış, avar, ləzgi, saxur, tat, kürd, gürcü, udin xalqlarının nümayəndələri müvafiq dillərdə danışırlar. Dağ yəhudiləri tat dilindən istifadə etsələr də, son zamanlar köç və çağdaşlaşma ilə əlaqəli olaraq unudulur. 275px|thumb|Azərbaycanın etnosiyasi xəritəsi (2024, 2023-cü ildə Qondarma Dağlıq Qarabağ Respublikasının süqutundan və ermənilərin bölgəni tərk etməsindən sonra) 275px|thumb|Azərbaycanın etnosiyasi xəritəsi (1994-2020, Birinci Qarabağ müharibəsidən sonrakı və İkinci Qarabağ müharibəsidən əvvəlki dövrə aiddir)
Dillər Azərbaycan Respublikasının Konstitusiyasına görə, rəsmi dil Azərbaycan dilidir. Dövlət rəsmi dil ilə yanaşı, digər dillərin inkişafını təmin edir.
Rəsmi dil Azərbaycan Respublikasında rəsmi dil Azərbaycan dilidir. Ölkədə tədris, siyasət, elmi, mədəni və digər sahələrdə əlaqə bu dillə təmin edilir. Dil haqqında qanuna görə, Azərbaycan dili dövlət tərəfindən qorunur və inkişaf etdirilir.
Rus dili Rus dili Azərbaycanda yayğın dildir. Bununla belə, əsasən, rus milli azlığı tərəfindən məişətdə istifadə edilir. Son on illiklər ərzində isə ingilis dili bu dili xarici dil olaraq böyük həcmdə sıxışdırmışdır. Erməni dili Hazırda Azərbaycan ərazisi daxilində erməni dili işğaldan azad olunmuş Qarabağ ərazilərində yaşayan ermənilər tərəfindən istifadə edilir. Üstəlik Ermənistandan deportasiya olunmuş azərbaycanlılarınında da bir qismi bu dili sərbəst şəkildə bilsə də, gündəlik məişətdə istifadə edilmir.
Dağıstan dilləri Avar dili Axvax dili Buduq dili Qrız dili Cek dili Ləzgi dili Rutul dili Udin dili Xınalıq dili Saxur dili
İran dilləri Dağ yəhudiləri dili Kürd dili Tat dili Talış dili
Azərbaycanda UNESCO tərəfindən təhlükə altında hesab edilən dillər zəif dərəcədə təklükədə olan dillər: ləzgi, talış dilləri açıq şəkildə təhlükədə olan dillər: cuhuri, rutul, saxur dilləri ciddi şəkildə təhlükədə olan dillər: buduq, xınalıq, qrız, tat, udin dilləri kritik şəkildə təhlükədə olan dillər: yoxdur yoxa çıxmış dillər: kilit
İstinadlar
Kateqoriya:Azərbaycan dilləri Kateqoriya:Azərbaycan tarixi