() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Botaniki xarakteristikası Hündürlüyü 25-60 (80) sm, gövdəsi düz, adətən qalxanşəkilli, az hallarda süpürgəvaribudaqlanmış formada, qısa-yumşaq tüklü, bozumtul-yaşıl olan çoxillik ot bitkisidir. Yarpaqları oturaqdır, yumşaqdır, üst tərəfdən qabarıq-tükcüklü, alt tərəfdəndən nazik və bozumtul-keçəli tüklüdür, uzunsovneştərvaridir, dəyirmi qulaqcıqları ilə gövdənin həcmini ürəkşəkilli artırandır, sivridir, kənarlardan dalğalıdır, tamkənarlı və ya xırda seyrək dişlidir. Səbət yarımşarşəkilli olub, eni 7–10 mm-dir, yarpaqla örtülmüş, uzun saplaqda yerləşimişdir. Qını keçə-tüklüdür; yarpaqcıqları çoxsaylıdır, ensiz- neştərvari-xətvari formadadır, təpə hissədə uzun sivriləşmişdir. Kənar çiçəklərin dilciyi sarı rənglidir, ensiz-xətvari, qatlanmış vəziyyətdə olub, qından uzundur. Toxumlarının uzunluğu 1 mm-ə yaxındır, uzunsovdur, az tükcüklüdür; kəkili ağ rəngdədir, 3-4 dəfə ondan uzundur. İyul-oktyabr (noyabr) aylarında çiçəkləyir, avqust-oktyabr (noyabr) aylarında meyvə verir.
Azərbaycanda yayılması Samur-Şabran oval., BQ (Quba), Kür-Araz oval., BQ şərq, Nax. dağ., Lənk. oval.. Ovalıqdan orta dağ qurşağına qədər.
Yaşayış mühiti Rütubətli yerlərdə, bataqlıqların, çayların kənarında, arxlarda, düyü sahələrində və mədəni əkin sahələrində rast gəlinir.
Sinonimləri Homotipik sinonimləri
Yarımnövləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Avrasiya florası Kateqoriya:20–24 ID olan Taksonbar