Həmid Cəfər oğlu Məmmədov () — tütünçü, Sovet İttifaqı Kommunist Partiyası üzvü (1951), Sosialist Əməyi Qəhrəmanı (1949).

Həyat və əmək fəaliyyəti Həmid Məmmədov 3 may 1923-cü ildə Naxçıvan MSSR-in (indiki Kəngərli rayonu) Xok kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 1941-ci ildə İliç rayonu Əzizbəyov adına sovxozda başlamış, 1977-ci ilə qədər bu soxozda manqabaşçısı, ferma müdiri və briqadir olmuşdur. 1977-ci ildən isə həmin sovxozda sanitar-texnik vəzifəsində işləmişdir. 1951-ci ildən Sovet İttifaqı Kommunist Partiyası üzvü olmuşdur. 1948-ci ildə tütünçülük sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. SSRİ Ali Sovetinin 14 mart 1949-cu il tarixli qanunu ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, "Oraq və Çəkic" medalı və Lenin ordeni, ilə təltif olunmuşdur. Həmid Məmmədov 21 may 1997-ci ildə Şərur rayonunda vəfat etmişdir.Məmmədov Həmid Cəfər oğlu // Naxçıvan ensiklopediyası. — Azərbaycan Milli Elmlər Akademiyası, 2005.

İstinadlar

Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:Naxçıvanlı Sosialist Əməyi Qəhrəmanları Kateqoriya:Tütünçülər