Abdulla Məhəmməd oğlu Məmmədov () — pambıqçı, Böyük Vətən müharibəsinin iştirakçısı. Sosialist Əməyi Qəhrəmanı (1951).

Həyat və əmək fəaliyyəti Abdulla Məmmədov 10 mart 1905-ci ildə İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasının (indiki Şərur rayonu) Yuxarı Aralıq kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 1929-cu ildə İliç rayonu M.Hüseynzadə adına kolxozda başlamış, 1978-ci ilə qədər bu kolxozda briqadir, ferma müdiri, manqabaşçısı və kolxozçu işləmişdir. Böyük Vətən müharibəsində iştirak etmişdir. 1950-ci ildə pambıqçılük sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. SSRİ Ali Sovetinin 30 yanvar 1951-ci il tarixli qanunu ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, "Oraq və Çəkic" medalı və Lenin ordeni, ilə təltif olunmuşdur. 1968-ci ildən İttifaq əhəmiyyətli fərdi təqaüdçü olmuşdur. Abdulla Məmmədov 8 mart 2001-ci ildə Şərur rayonunda vəfat etmişdir.Məmmədov Abdulla Məhəmməd oğlu // Naxçıvan ensiklopediyası. — Azərbaycan Milli Elmlər Akademiyası, 2005.

İstinadlar

Kateqoriya:Şərur rayonunda vəfat edənlər Kateqoriya:Naxçıvanlı Sosialist Əməyi Qəhrəmanları Kateqoriya:Böyük Vətən müharibəsi iştirakçıları Kateqoriya:Azərbaycan pambıqçıları Kateqoriya:Sovet İttifaqı əhəmiyyətli fərdi təqaüdçülər