Dikdaş dağı – Culfa rayonu ərazisində dağ (hünd. 1411,0 m). Zəngəzur silsiləsinin cənub-qərb ətəyində, Dəmirlidağ-Göydağ qolunun davamında yerləşən Darıdağ (Dağüstü) silsiləsinin  cənub-şərq istiqamətli Pilələr  qolunun   suayırıcısında zirvə. Orta Eosenin Lütet mərtəbəsinə aid Dərəlik lay dəstəsinin çökmə süxurlarından təşkil olunmuş, cənub və cənub-şərq yamacları sıldırımlı konusvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin cənub-qərb cinahına aid  Darıdağ-Aza qalxımının  geniş şimal-şərq qanadını mürəkkəbləşdirən ikincidərəcəli Pilələr sinklinalının cənub-qərb qanadında yerləşir.

Həmçinin bax: Ağdağ (Culfa rayonu) Cuğağıl dağı Ağrıdağ İstinadlar

Kateqoriya:Culfa rayonunun dağları