Kürnəzər – Babək rayonu ərazisində dağ (hünd. 1275,9 m). Naxçıvan dağarası çökəkliyinin cənub-şərq qurtaracağındakı Nehrəm platosunun cənub-qərb kənarında zirvə. Nehrəm kəndindən 8 km cənub-şərqdədir. Orta Eosenin Lütet mərtəbəsinə aid Dərəlik lay dəstəsinin terrigen-çökmə süxurlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Sıldırımlı cənub-qərb yamacının ətəyində Orta Eosen süxurlarının dabanında Üst Təbaşirin karbonatları açılır. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin cavan çöküntüləri ilə örtülmüş Culfa qalxımının şimal-şərq qanadında yerləşir.
KÜRNİZAR DAĞI – Babək rayonu ərazisində Kürnəzər dağının əhali arasında işlədilən başqa adı
Həmçinin bax: Abdal (dağ) Ağsal dağı Quşqayası Bağırsaq dağı Elti dağı
İstinadlar
Kateqoriya:Babək rayonunun dağları
Kateqoriya:Azərbaycanda dağ zirvələri