Sultan Əli Mirzə () — I Təhmasibin gürcü şahzadəsindən olan 8-ci oğlu.Oqtay Əfəndiyev.s.133.
Həyatı 1563-cü ildə Qəzvində anadan olub. 1570–1577-ci illərdə Gəncə və Bərdə hakimi olub.Xacə Əli bəy. Təkmilətül Əxbar.s.91. Lələsi Qarabağ bəylərbəyi İbrahim Sultan Ziyadoğlu-Qacar idi. II İsmayılın əmri ilə Qəzvinə çağırıldı. Burada II İsmayıl tərəfindən kor edilib və Ələmuta həpsə atıldı. I Abbasın dövründə həpsdən çıxarıldı və şahın himayəsinə alındı.İsgəndər bəy Münşi. Tarixi Aləmarayi Abbasi.s.261. 1642-ci ildə İsfahanda vəfat etdi.
Mənbə İstinadlar
Ədəbiyyat Xacə Zeynalabidin Əli Əbdi bəy. Təkmilətül-əxbar (Səfəvi dövrü — şah İsmayıl və şah Təhmasib dövrlərinin tarixi). — Bakı: Elm, 1996–200s. Oqtay Əfəndiyev . Azərbaycan Səfəvilər dövləti. Bakı, "Şərq — Qərb " , 2007 , 344səh . + 8səh . İsgəndər bəy Münşi Türkman. Dünyanı bəzəyən Abbasın tarixi (Tarixe-aləmaraye-Abbasi). Bakı, "Şərq-Qərb Nəşriyyat evi, 2010, 1144 səh.
Kateqoriya:Səfəvi şahzadələri