Cəmil Bahadur oğlu Quliyev () — Azərbaycan-sovet tarixçisi, professor, 1972–1978-ci illərdə o Azərbaycan EA Tarix İnstitutunun direktoru, 1976–1990-cı illərdə Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti, 1975–1988-ci illərdə Azərbaycan Sovet Ensiklopediyasının Baş redaktoru, 1989–1990-cı illərdə Azərbaycan Dövlət Universitetinin rektoru, 1976–1991-ci illərdə və 1997-ci ildən 2007-ci ilədək Azərbaycan Elmlər Akademiyası Rəyasət Heyətinin üzvü, 1972-ci ildə Azərbaycan EA-nın müxbir üzvü, 1980-ci ildə həqiqi üzvü.
Həyatı Cəmil Bahadur oğlu Quliyev 16 dekabr 1927-ci ildə Şuşada anadan olub. 1944-cü ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuş, 1946-cı ildən təhsilini M. V. Lomonosov adına Moskva Dövlət Universitetində davam etdirmiş, 1949-cu ildə həmin universiteti bitirdikdən sonra aspiranturada saxlanılmışdır.
1952-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək təyinatla Bakıya göndərilmişdir. 1952-ci ildən ADU-da müəllim, dosent 1958–1972-ci illərdə Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitutunda elmi işlər üzrə direktor müavini işləmişdir. 1971-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş və professor adını almışdır. Həmin ildən Azərbaycan EA-da fəaliyyətə başlamışdır.
1972–1978-ci illərdə o Azərbaycan EA Tarix İnstitutunun direktoru, 1981–1990-cı illərdə Azərbaycan EA-nın vitse-prezidenti, 1975–1988-ci illərdə Azərbaycan Sovet Ensiklopediyasının baş redaktoru, 1989–1990-cı illərdə Azərbaycan Dövlət Universitetinin rektoru olmuşdur.
1976–1991-ci illərdə və 1997-ci ildən 2001-ci ilədək AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın Rəyasət Heyətinin üzvü (1997–2007) üzvü olub. 1972-ci ildə Azərbaycan EA-nın müxbir üzvü, 1980-ci ildə isə həqiqi üzvü seçilmişdir. O, bir neçə sanballı monoqrafiyanın, 300-dən çox məqalənin müəllifidir. C. B. Quliyev 7 cildlik "Azərbaycan tarixi"nin nəşrinə rəhbərlik etmiş, onun redaktorluğu ilə "Naxçıvan ensiklopediyası" (1999–2002) çapdan çıxmışdır.
C. Quliyev beynəlxalq forumlarda Azərbaycan elmini dəfələrlə təmsil etmiş, bir sıra hökumət və ictimai təşkilatların rəhbər orqanlarının üzvü olmuşdur. AQzərbaycanın Əməkdar elm xadimi və Dövlət mükafatı laureatıdır. 1997-ci ildə Prezident Heydər Əliyevin fərmanı ilə "Şöhrət" ordeni ilə təltif edilmişdir.
27 dekabr 2010-cu ildə vəfat etmişdir.
Mükafatları Azərbaycan SSR əməkdar elm xadimi (02.12.1982)Respublikanın elmi işçilərinə Azərbaycan SSR fəxri adları verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 2 dekabr 1982-ci il tarixli Fərmanı — anl.az saytı Dövlət mükafatı laureatı (1974) "Şöhrət" ordeni (1997) "İstiqlal" ordeni (14 dekabr 2005)
Filmoqrafiya Qırmızıbayraqlı Azərbaycan (film, 1980) Qara gölün cəngavərləri (film, 1984)
İstinadlar
Əlavə ədəbiyyat Orxan Zakiroğlu (Baharlı). Ağdam şəhər 1 nömrəli orta məktəbin tarixi (1883–1993). I kitab. Bakı, 2016
Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Azərbaycan tarixçiləri Kateqoriya:Azərbaycanlı tarixçilər Kateqoriya:Bakı Dövlət Universitetinin rektorları Kateqoriya:AMEA Tarix və Etnologiya İnstitutunun direktorları Kateqoriya:Şuşa alimləri Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatları Kateqoriya:II Fəxri Xiyabanda dəfn olunanlar Kateqoriya:SSRİ tarixçiləri Kateqoriya:AMEA-nın həqiqi üzvləri Kateqoriya:Bakı Dövlət Universitetinin müəllimləri Kateqoriya:Azərbaycan SSR Elmlər Akademiyasının akademikləri