Andreas fon Bextolşeym (; ) — alman elektrik mühəndisi, sahibkar, investor və milyarder.

Həyatı 30 sentyabr 1955-ci ildə Almaniyada anadan olmuşdur thumb|Early Sun thumb|SPARCstation 1, 1988-ci ildə hazırlanmışdır

Fəaliyyəti "Sun Microsystems" şirkətinin banilərindən biri və şirkətin baş mühəndisi Andreas fon Bextolşeym 1995-ci ildə şirkətdən uzaqlaşaraq, şəbəkə kommutatoru istehsalı ilə məşğul olan "Granite Systems" firmasını yaradır və 1996-cı ildə bu firmanı 220 milyon ABŞ dollarına "Cisco Systems" şirkətinə satır. Bu məbləğin 65%-i onun şəxsən özünə çatmışdır. Bextolşeym 1998-ci ildə "Google" şirkətinə 100 min dollar məbləğındə pul yatırmaqla onun ilk sərmayəçilərindən biri olmuşdur.

İstinadlar

Ədəbiyyat Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.

Kateqoriya:Almaniyada doğulanlar Kateqoriya:1955-ci ildə doğulanlar Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:İxtiraçılar