Çopurlu — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Lev kənd inzibati ərazi dairəsində kənd.
1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
Tarixi Kənd Lev çayının sahilində, Murovdağ silsiləsinin ətəyindədir. Keçmiş adı Çopur Hüseynlidir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini Daşkəsən rayonunun Qabaqtəpə kəndindən köçmüş Çopur Hüseyn adlı şəxs saldığına görə belə adlandırılmışdır. Qazax rayonunun Qaymaqlı kəndində çopurlular tayfası qeydə alınmışdır. Bu səbəbdən oykonimin etnotoponim olması da mümkündür."Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007Məzahir Təhməzov Kəlbəcər Ensiklopedik məlumatlar Toponimlər fotoşəkillər xəritələr.
Azərbaycan SSR-nın 1977-ci il üçün tərtib olunmuş inzibati bölgüsünə görə, Çopurlu kəndi Kəlbəcər rayonunun Lev kənd Sovetinin tərkibində idi.
Çopurlu kəndi bir müddət Qızılqaya və Yuxarı Oratağ kəndləri ilə birlikdə Qızılqaya kənd inzibati ərazi dairəsinin tərkibində idi. O zamanlarda Qızılqaya kənd inzibati ərazi dairəsi Kəlbəcər rayonunun tərkibində idi. Ağdərə rayonu bərpa olunanda, Kəlbəcər rayonunun Qızılqaya kənd inzibati ərazi dairəsinin tərkibindəki Qızılqaya və Yuxarı Oratağ kəndləri Ağdərə rayonunun inzibati ərazi bölgüsünə daxil edilmiş, Qızılqaya kənd inzibati ərazi dairəsi isə Kəlbəcər rayonunun tabeliyindən Ağdərə rayonunun tabeliyinə verilmişdi.
Hal hazırda Qızılqaya kənd inzibati ərazi dairəsinin tərkibində Qızılqaya və Yuxarı Oratağ kəndləri var, və bu kənd inzibati ərazi dairəsi Ağdərə rayonunun tərkibindədir. Çopurlu kəndi isə Lev kəndi ilə birlikdə Kəlbəcər rayonunun Lev kənd inzibati ərazi dairəsinin tərkibindədir.
Yaylaqlar Ağçınqıl yurdu, Sünnət yurd, Məliyin yurdu, Xandüz yurdu, Qaraboyun yurdu.
Bulaqlar Ağ bulaq, Portport bulaq, Soyuq bulaq, Qırxbulaq, Sarı bulaq.
Məşhur yerlər Təkdam, Yalyeri, Armudluq, Çınqılın başı, Babamın cili, Gülalı yeri.
İstinadlar
Kateqoriya:Kəlbəcər rayonunun kəndləri