thumb|Hurand ərazisinin Şərqi Azərbaycan ostanındakı yerləşimi|243x243px
Hurand () — İranın Şərqi Azərbaycan ostanında bir şəhər, Hurand şəhristanının inzibati mərkəzi. Təbriz və Əhər şəhərlərinin şimal-şərqində yerləşir. Əhali sayına görə Şərqi Azərbaycanın 42-ci böyük şəhəri sayılır.
2013-cü ilədək Əhər şəhristanının tərkibində yerləşirdi, habelə həmin şəhristanın Hurand bəxşinin mərkəzi idi. 2013-də şəhər statusunu qazandıqdan sonra, keçmiş Hurand bəxşinin ərazisi ilə Əhər şəhristanının tərkibindən çıxdı və ayrıca bir şəhristan mərkəzi olaraq təyin olundu. Hazırda Hurand şəhristanının inzibati mərkəzidir.
Həmçinin bax
Hurand şəhristanı Qaradağ mahalı Şərqi Azərbaycan ostanı
Kateqoriya:Şərqi Azərbaycan ostanının şəhərləri