Belnəlxalq turizm təşkilatları- Turizmin düzgün və davamlı inkişafını təmin etməkdən ötrü yaradılmışdır.
ISTA İSTA- Ekskursiya və Turizm Təşkilatçılarının Beynəlxalq Assosiasiyasıdır.
Ümumi məlumat Bu təşkilat 1952-ci ildə təsis edilmişdir. Mənzil-qərargahı Portuqaliyanın paytaxtı Lissabondadır.
Təşkilatın məqsədi Bu təşkilat qarşılıqlı informasiya mübadiləsi vasitəsi ilə üzvləri arasında əlaqə və əməkdaşlığın inkişafına yardım etmək, digər təşkilatlarla dostluq münasibətləri və əməkdaşlığı inkişaf etdirmək, üzv ölkələrdə ekskursiya xidmətini təkmilləşdirmək, ekskursiya xidmətinin yaxşılaşdınlması, həmçinin qanunvericilik xarakteri daşıyan müvafiq qanun, norma və qərarların qəbulu məsələsində turizmlə bağlı hökumət orqanlan ilə əməkdaşlıq etmək kimi funksiyaları özündə birləşdirir.
FICT FİCT- Beynəlxalq Turizm Mərkəzləri Federasiyasıdır
Ümumi məlumat Bu təşkilat 1948-ci ildə təsis edilmişdir. Mənzil-qərargahı Lixtenşteynin paytaxtı Vadus şəhərindədir.
Təşkilatın məqsədi Turizm və informasiya xidməti rəhbərləri arasında daimi əlaqələrin yaradılması, texniki sənədlərin yığılması, nəşri və yayılması, həmçinin əməkdaşlıq hərəkatının təşkilini özündə birləşdirir.
IFTO İFTO - Beynəlxalq Turoperatorlar Federasiyasıdır.
Ümumi məlumat 1970-ci ildə təsis edilmişdir. Mənzil-qərargahı Böyük Britaniyanın paytaxtı London şəhərindədir.
Təşkilatın məqsədi Buraya mehmanxana yerləşdirilməsi və xidməti, aviabiletlərin alınması üçün lisenziya verilməsi, gömrük, turist və mehmanxana qanunvericiliyi, hökumət və qeyri-hökumət turizm təşkilatları ilə əməkdaşlıq məsələlərini həll etməkdir.
WLRA WLRA - Asudə Vaxt və istirahət Məsələləri ilə bağlı Ümumdünya Assosiasiyasıdır.
Ümumi məlumat 1956-cı ildə təsis edilmişdir. Mənzil-qərargahı ABŞ Nyu-York şəhərindədir.
Təşkilatın məqsədi Buraya inkişaf etməkdə olan ölkələrdə gənclərin, yaşlıların, əlillərin həyat səviyyəsinin yaxşılaşdırılması, asudə vaxtın və istirahətin düzgün təşkili, cəmiyyətin sosial inkişafı məsələlərində istirahətin təşkilinin rolu və əhəmiyyətinin açıqlanması, bu problemlə bağlı bütün məsələlərə dair beynəlxalq forumların çağrılması; regional, milli və yerli as-sosiasiyalann təşkilinə yardım edilməsi, üzv ölkələrdə istirahət və asudə vaxtın təşkili məsələlərində milli siyasət və milli proqramların hazırlanmasına yardım etməkdir.
IATL IATL - Zəhmətkeşlərin Turizm və istirahət üzrə Beynəlxalq Assosiasiyasıdır.
Ümumi məlumat 1964-cü ildə təsis edilmişdir. Mənzil-qərargahı Çexiyanın paytaxtı Praqa şəhərindədir.
Təşkilatın məqsədi Sülhün, dostluğun və beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi vasitəsi kimi sosial turizmin inkişafı, ödənişli məzuniyyətdən istifadə etməklə zəhmətkeşlərin hüquqlarının müdafiəsi, asudə vaxtın istifadəsi məsələləri üzrə Həmkarlar İttifaqlarının ümumi konsepsiyasının hazırlanması, müxtəlif ölkələrdə sosial turizmin inkişafı ilə bağlı təcrübə mübadiləsinin aparılması, həmçinin bu sahə ilə əlaqədar beynəlxalq təşkilatlarla əməkdaşlıq etməkdir.
IFPTO IFPTO - Sosial Turizm Təşkilatlarının Beynəlxalq Federasiyasıdır.
Ümumi məlumat 1950-ci ildə təsis edilmişdir. İqamətgahı Fransanın paytaxtı Paris şəhərindədir.
Təşkilatın məqsədi Buraya turizm məsələləri ilə bağlı bütün üzv təşkilatlar arasında əməkdaşlığın möhkəmləndirilməsi; turizm assosiasiyalarının təsisinə yardım edilməsi; bu təşkilatın maraqlarının BMT-nin Təhsil, Elm və Mədəniyyət üzrə Komitəsi (UNESKO), Beynəlxalq Əmək Təşkilatı (BƏT), həmçinin beynəlxalq avia, dəniz, avtomobil, dəmiryolu və digər nəqliyyat təşkilatlannda müdafiə edilməsi, əməkdaşlığın mübadiləsi proqramının həyata keçirilməsi, reklam və maarif məqsədli səfər və proqramların təşkilidir.
BITEJ BITEJ -Gənclər Turizmi və Mübadiləsi üzrə Beynəlxalq Bürodur.
Ümumi məlumat 1960-cı ildə təsis edilmişdir. Mənzil-qərargahı Macarıstanın paytaxtı Budapeşt şəhərindədir.
Təşkilatın məqsədi Burada gənclər turizminin və mübadiləsinin dərketmə, tərbiyə nöqteyi-nəzərindən inkişafına şərait yaratmaq; gənclər arasında anlaşma və dostluğun əldə edilməsinə yönəlmiş digər təşkilatlarla əlaqələrin inkişafına nail olmaq; gənclərlə bağlı səyahət bürolarının iş təcrübəsini, turizmin və turizm proqramlarının yeni formalarını, gənclər turizminin inkişafı tendensiyalarını öyrənməkdir.
ACIT ACIT - Beynəlxalq Turizm Akademiyasıdır.
Ümumi məlumat 1951-ci ildə təsis edilmişdir. Mənzil-qərargahı Monakonın Monte-Karlo şəhərindədir.
Təşkilatın məqsədi Beynəlxalq turizmin mədəni dəyərlərinin, beynəlxalq turizmin humanist istiqamət və tendensiyalarının mühafizəsi və inkişafı, xüsusi peşəkar turizm terminləri lüğətinin hazırlanması və nəşr edilməsi ilə bağlı praktiki işlərin aparılmasıdır.
AİDT AIDT - Turizm üzrə Parlamentlərarası Assosiasiyadır.
Ümumi məlumat 1949-cu ildə təsis edilmişdir. Mənzil-qərargahı İsveçrənin paytaxtı Bern şəhərindədir.
Təşkilatın məqsədi Milli qanunvericilik orqanların (parlamentlər) və ictimai təşkilatların cəlb edilməsi ilə həm milli, həm də beynəlxalq səviyyədə turizmin inkişafına kömək etməkdir. Parlamentlərarası İttifaqla (Inter Parliamentary Union) əlaqələri vardır. 1989-cu ilin aprelində Haaqada (Niderland) bu ittifaqın təşəbbüsü ilə Ümumdünya Turizm Təşkilatı ilə birlikdə turizm məsələləri ilə əlaqədar beynəlxalq konfrans keçirilmişdir. Konfransda yekun sənəd kimi turizm üzrə Haaqa deklarasiyası qəbul edilmişdir.Məmmədov.C.A, Soltanova.H.B, Rəhimov.S.H Beynəlxaql turizmin coğrafiyası, Bakı 2002
Xarici keçidlər Ümumdünya Turizm Təşkilatının fəaliyyəti
Həmçinin bax Turizm Ümumdünya Turizm Təşkilatı
İstinadlar
Kateqoriya:Turizm siyahıları Kateqoriya:Beynəlxalq təşkilatlar Kateqoriya:Beynəlxalq peşəkar assosiasiyalar