Lindsi Stirlinq () () — Amerkalı skripqaçı, musiqiçi, rəqqasə, müğənni və bəstəkar.

Stirlinq, Koreografik skripka çıxışlarını və mahnı videolarını 2007-ci ildən başlayaraq rəsmi youtube kanalı vasitəsilə yayımlayır. Kanalın 9,7 milyondan çox abunəsi və 1.7 milyarddan çox  baxış sayı mövcutdur. Həmçinin, 2012-ci ildə yayına başlayan şəxsi YouTube Kanalı vasitəsilə mahnı videolarının kamera arxası görüntülərini yayımlayır.

Stirlinq, 2010-cu ildə, "America's Got Talent" yarışmasının dördə bir finalisti olmuşdu. 2013-cü ildə "Pentatonix" ilə bərabər "Imagine Dragons"un "Radioactive" mahnısına kover çalışması ilə YouTube Mahnı Mükavatlarından "İlin Çıxışı" mükafatını qazanmışdı. Stirlinq "Hip Hop Skripqaçı" olaraq tanınmaqdadır.

Həyatı Lindsi Stirlinq, Santa Ana, Kaliforniyada doğuldu. Təvazökar bir uşaqlıq hayatı olmuş və ailəsinin maliyyə məhdudiyyəti səbəbiylə düzənli skripqa dərsi ala bilməmişdir. Ailəsi kimi özü də Xristiyanlığın çağdaş məzhəplərindən olan Mormonluq məzhəbinə mənsubdur.Təhsil həyatını da bu məzhəbin məktəblərində davam etdirmişdir.

Liçey təhsilini Gilbert, Arizonadaki Mesquite orta məktəbində almışdır. 16 yaşındaykən "Stomp on Melvin" adlı rack qrubuna qatılmış və solo skripqa musiqisi bəstələməyə başlamışdır. Bu təcrübəsi ona Arizona's Junior Miss ünvanını qazanmasında mühüm təsiri olmuşdur. Daha sonrasında "America's Junior Miss" yarışmasına qatılmış və "Spirit Mükafatın"-ı qazanmışdır.Həmçinin, qısa bir vaxta "Charley Jenkins" qrubunun bir üzvü olmuşdur.

Liçeyi bitirdikdən sonra Provo, Utahaya köçmüşdür və burada Briqham Younq Universitetində kinorejissorluq bölümünü oxumağa başlamışdır. Üzvü olduğu İsa Məsihin Son Zaman Əzizlər Kilisəsi adına missionerlik vəzifəsini yerinə yetirməsi üçün təhsilinə fasilə vermiş və Nyu-Yorka getmişdir. Missionerlik vəzifəsini bitirdikdən sonra yarımçıq qoyduğu təhsilinə dəvam etmiş ve məzun olmuşdur. Məzun olduqdan sonra ailəsiylə bərabər Qilbert, Arizonaya geri köçmüşdür. Hazırda Los-Ancelesdə yaşayır.thumb|250x250px|VidCon 2012-ci il çıxışı

Qrup üzvləri Kit Nolans – Klavye, samples (2015-ci ildən bəri) Drew Steen – Davul, zərb musiqisi (2012-ci ildən bəri) Jason Gaviati – Klavye, sample (2012-2015) (21 noyabr 2015-ci ildə vəfat etmişdir)

Diskoqrafiya Lindsey Stomp (EP) (2010) Lindsey Stirling (2012) Shatter Me (2014) Lindsey Stirling: Live from London (2015) Brave Enough (2016) Warmer in the Winter (2017) Artemis (2019) Snow Waltz (2022) Duality (2024)

Filmoqrafiya İl Başlıq Rolqeyd(lər) 2015 Breaking Through Phelba

Mükafatlar və Namizədlik İl KateqoriyaNamizədlikKimə qarşı uduzduNəticə Rəf Billboard Musiqi Mükafayları 2014 Top Dance/Electronic Album Lindsi Stirlinq Daft Punk 2015 Top Dance/Electronic Artist Shatter Me Calvin Harris 2015 Top Dance/Electronic Album Shatter Me Alman Echo Müzik Ödülleri 2014 Beynəlxalq Lindsey Stirling Beatrice Egli 2014 Ən yaxşı "Crossover" mahnısı Lindsi Stirlinq 2015 Ən yaxşı "Crossover" mahnısı Shatter Me Teen Choice Mükafatları 2014 Seçilən Web Ulduzu: Musiqi Shatter Me Shawn Mendes 2015 Seçilən Web Ulduzu: Musiqi Shatter Me Shawn Mendes Streamy Mükafatları 2013 Ən yaxşı Koreoqrafiya Lindsi Stirlinq 2014 Ən yaxşı musiqi sənətkarı Lindsi Stirlinq YouTube Mahnı Mükafatları 2013 İlin çıxışı "Radioactive" (Pentatonix ilə) 2015 İlin sənətkarı Lindsi Stirlinq

İstinadlar

Xarici keçidlər

Rəsmi veb səhivəsi IMDd-də

Kateqoriya:1986-cı ildə doğulanlar Kateqoriya:Kaliforniya musiqiçiləri Kateqoriya:Yaşayan insanlar Kateqoriya:21 sentyabrda doğulanlar Kateqoriya:ABŞ rəqqasələri Kateqoriya:ABŞ televiziya aktrisaları Kateqoriya:Universal Music Group artistləri Kateqoriya:ABŞ qadınları Kateqoriya:Musiqi