Məqsəd Qocamanov Hüseyn oğlu () texnika elmləri doktoru, professor.
Həyatı Məqsəd Qocamanov 1960-cı ildə Qazax rayonunda anadan olub. 1977-ci ildə orta məktəbi fərqlənmə ilə, 1982-ci ildə Moskva Dövlət Geodeziya və Kartoqrafiya Universitetini (MİİQAiK) "astronomo-geodeziya" ixtisası üzrə bitirib.
Elmi fəaliyyəti 1989-cu ildə namizədlik, 2005-ci ildə doktorluq dissertasiyası müdafiə edib. 1989–1992-ci illərdə Azərbaycan Neft və Kimya institutunda assistent, 1992-ci ildən Bakı Dövlət Universitetinin "Geodeziya və kartoqrafiya" kafedrasında baş müəllm (1992–1994), dosent (1994–2006), professor (2006) və kafedra müdiri (2011) vəzifəsində çalışır. Ali təhsilin bütün pillələrini (institut, aspirantura, doktorantura) Rusiyada (Moskva ş.-MİİQAiK-də) keçmiş, geodeziya — kartoqrafiya sahəsində elmlər doktoru alimlik dərəcəsinə layiq görülmüş ilk və yeganə azərbaycanlıdır.AMEA-nın H. Ə. Əliyev adına Coğrafiya İnstitutu nəzdində doktorluq dissertasiyalarının müdafiəsi üzrə Dissertasiya şurasının, BDU-nun Coğrafiya fakültəsinin elmi və metodik şuralarının üzvüdür. O, çoxsaylı beynəlxalq elmi və elmi-praktik konfransların, simpoziumların: (MİİQAiK – 225, Moskva, 2004), Geoforum (Moskva, 2003, 2005), Geoforum (Lvov, 2003), (MİİQAiK – 230, Moskva, 2009), (Ali geodeziya təhsili-175 il, Moskva, 2010), (Daşkənd İrriqasiya və Meliorasiya institutu, Daşkənd, 2011), (Avstraliya, Melburn ş., 2012), (Polşa, Vroslav ş., 2013), (Türkiyə, Ankara ş., 2013) və s. iştirakçısı olmuşdur. O, bir çox Beynəlxalq elmi cəmiyyət və təşkilatların, o cümlədən Beynəlxalq Fotoqrammetriya və Məsafədən Duyma Təşkilatının Azərbaycan üzrə nümayəndəliyinin sədridir.B. Budaqov Azərbaycanın coğrafiyaçı alimləri "Elm" nəşriyyatı Bakı 2013 səh 325
Elmi əsərləri 150-dən çox elmi əsərin müəllifidir. O cümlədən, ali məktəblər üçün "Geodeziya ölçmələrinin riyazi hesablanması", "Geodeziya ölçmələrinin hesablanması və tarazlaşdırılması", "Hərbi topoqrafiya" dərsliklərinin, "Peyk texnologiyalarından istifadə etməklə geodeziya şəbəkələrinin yenidən qurulması və inkişafı" (2008, Moskva-Bakı), "Dənizdə işlərin geodeziya təminatı və monitorinq xüsusiyyətləri" (2009, Moskva-Bakı) monoqrafiyalarının, Geodeziya, kartoqrafiya və aerofotoplanalmaya dair rusca- azərbaycanca terminoloji lüğətin, iki müəlliflik şəhadətnaməsinin, tədrisə dair 25 metodik iş və proqramların müəllifidir. Əsərləri bir çox xarici ölkələrdə, o cümlədən Rusiyanın mərkəzi dövri jurnallarında və Azərbaycanda nəşr olunmuşdur.B. Budaqov Azərbaycanın coğrafiyaçı alimləri "Elm" nəşriyyatı Bakı 2013 səh 326
Həmçinin bax Zaur İmrani
Hafizə Əsgərova
İstinadlar
Kateqoriya:Professorlar Kateqoriya:Qazaxda doğulanlar Kateqoriya:Qazax pedaqoqlar