Jan Batist Bio () — fransız fiziki, geodeziyaçısı və astronomu, Paris EA-nın üzvü (1803).

Həyatı Parisdə Politexnik Məktəbdə təhsil almışdır. Kollej de Fransın (1800) və Paris Universitetinin (1809) professoru, Yer meridianının uzunluğunu ölçmə üzrə komissiyanın üzvü olmuşdur (1806). Göy mexanikasına və qazların xassələrini öyrənməyə aid işlərin müəllifidir. 1804-cü ildə J.L. Gey–Lüssakla birlikdə müxtəlif hündürlüklərdə havanın tərkibini öyrənmək üçün aerostatda uçuş həyata keçirmişdir.

Fəaliyyəti Əsas tədqiqatları optika, elektrodinamika və akustikaya aiddir. İşığın polyarlaşma müstəvisinin fırlanma qanununu  müəyyənləşdirib (Bio qanunu, 1815), kristallarda və üzvi maddələrdə işığın polyarlaşma müstəvisinin fırlanmasını tədqiq etmiş və bununla da saxarimetriyanın əsasını qoymuşdur. F. Savarla birlikdə sabit elektrik cərəyanının maqnit sahəsinin intensivliyini təyin edən qanunu kəşf etmişdir (Bio–Savar qanunu, 1820). İ. Nyutonun irsini araşdırıb; məşhur fizika kursunun müəllifidir (1816).

Həmçinin bax Fransa Politexnik Məktəbi

İstinadlar

Xarici keçidlər Qisa bioqrafiyası

Kateqoriya:Fransız fiziklər Kateqoriya:XIX əsr Fransa riyaziyyatçıları Kateqoriya:London Kral Cəmiyyətinin əcnəbi üzvləri Kateqoriya:Fransanın Roma katolikləri Kateqoriya:Fransa fizikləri Kateqoriya:Sankt-Peterburq Elmlər Akademiyasının fəxri üzvləri