Gərəgəzan — Qusar rayonu ərazisində dağ.
Toponimikası Baş Qafqaz və Yan silsiləsində, orta dağlıq qurşaqdadır. Bəzən Kərkəzan variantında da qeydə alınmışdır. Yerli əhalinin verdiyi məlumata görə, oronim ləzgi dilindəki gerger (vələmir) sözündəndir. Lakin dağın vələmir bitkisi ilə heç bir əlaqəsi ola bilməz. Oronim əslində, gərə (cərgə, sıra), gəz (gədiyin, dağ keçidinin on alçaq hissəsi) və -an (burada cəmlik bildirir) komponentlərindən düzəlib, "alçaq keçidləri olan dağ silsiləsi" deməkdir.Azərbaycan Toponimlərinin Ensiklopedik lüğəti I cild.Bakı,Şərq-Qərb,2007
Həmçinin bax Şahdağ (zirvə)
İstinadlar Kateqoriya:Böyük Qafqaz Kateqoriya:Qusar rayonunun dağları Kateqoriya:Dağ zirvələri