Ağa Məhəmməd şah Qacar (; ) — türk Qacarlar sülaləsinə mənsub olub, Qacarlar dövlətinin qurucusu və birinci şahı.Jamie Stokes and Anthony Gorman, Encyclopedia of the Peoples of Africa and the Middle East, 2010, p.707, Online Edition : "The Safavid and Qajar dynasties, rulers in Iran from 1501 to 1722 and from 1795 to 1925 respectively, were Turkic in origin." O, 1797-ci ildə 2-ci dəfə Qafqaza yürüş edən zaman Şuşada öldürülüb.

Etimologiyası Qacar etnoniminə ilk dəfə miladdan öncə 650-ci ildə rast gəlinir və burada qacar tayfasının adı aqasif şəklində adlandırılmışdır. Sonradan bu ad ağacəri olaraq formalaşmışdır ki, bu da türk dillərində qoşun mənasını verir. Səfəvilərin hakimiyyəti dövründə çərik yığma qoşun növü idi. Eyni zamanda Osmanlı dövlətində də yığma ordu yeniçəri adlanırdı. Bu adı müxtəlif alimlər fərqli aspektdən izah edirlər. Məsələn, Qərbi Avropa alimlərinin fikrincə, ağaçəri sözü ağ Xəzər deməkdir, yəni xəzərlərin şərq qolunu təşkil edən bir toplum nəzərdə tutulur. Macar alimləri, xüsusilə Yulius Nemət qeyd edir ki, ağaçəri qoşunun önündə gedəndir, yəni ordunun ağası mənasında işlənir. Rus şərqşünası Aleksandr Vilyamoviç Qadlo hesab edirdi ki, bu söz ağaç əri, yəni ağac ərləri mənasında işlənir, lakin tədqiqatlar göstərir ki, macar alimlərinin yanaşması daha doğrudur. Belə ki, ağaçəri sözünə sonradan qacərçi formasında istifadə olunmuşdur. Səfəvilər dövrünə aid əksər mənbələrdə qacərçilər Səfəvi ordusunun önündə gedən, avanqard qoşun hissələrinə deyilirdi. Etimoloji baxımdan isə istər Mahmud Kaşğarinin "Divanü lüğat-it-türk", istərsə də türk dillərinin etimoloji lüğətində qacar kəskin, ötkəm kişi mənasını verir, eyni zamanda əyilməz, məğrur mənalarında işlənir.

Həyatı Ağaməhəmməd xan Qacar, 1742-ci ilin 26 oktyabrında Astarabadda doğulub. Ağa Məhəmməd xanın anası Ceyran xanım Qacarların o biri boyundan çıxmış görkəmli şəxsiyyətlərdən olan Məhəmməd xan Dəvəlünün bacısı idi. Nadir şahın xələfi Adil şah qacar tayfasını öz tərəfinə çəkməkdən ötrü Məhəmmədhəsən xan Qacarı Məşhəddə, öz sarayında eşikağasıbaşı təyin edir. Ancaq müstəqil olmağa, rəhbərlik etməyə öyrəşmiş Qacar tezliklə şahla mübahisə edir və yenidən türkmənlərin yanına qaçır, lakin onun kiçik yaşlı uşaqları Adil şahın əlinə keçir.

Gəncliyi Yürüşlərin birində atası on üç yaşlı oğlu Ağa Məhəmməd xanı da özü ilə götürür. Ona qabaqda gedən dəstənin rəhbərliyini tapşırır. Bundan sonra gənc Ağa atası ilə bütün yürüşlərə getməyə başlayır. Məhəmməd Həsən xan hətta bəzi vaxtlarda Azərbaycan və Astrabad idarəçiliyini də oğluna tapşırır. 1759-cu ildə Məhəmməd Həsən xan zəndlərlə döyüşlərin birində həlak olur və İran hakimiyyəti uğrunda mübarizə estafeti istər-istəməz onun böyük oğlu Ağa Məhəmməd xan Qacara keçir. Onun atasının nüfuzu olduqca yüksək idi, çıxışlar etmək üçün münbit şərait yaranmışdı və taxt-tac üçün Ağa Məhəmməddən yalnız yüksək şəxsi keyfiyyətlər tələb olunurdu. Atasının ölümündən sonra Ağa Məhəmməd Türkmən düzünə qaçaraq, öz tayfasının cavan nümayəndələrindən və türkmənlərdən dəstə toplayır. Bundan sonra zəndlərlə partizan müharibəsinə qoşularaq hətta Astrabadı tutmağa da çalışır.

1761–1762-ci ildə Kərim xan Zəndin 4 minlik qoşunu Ağa Məhəmmədin kiçik dəstəsini mühasirəyə alır. Ağa Məhəmməd xanın 500 süvarisi mühasirəni yarmaq qərarına gəlir. Döyüş bir gün davam edir. Ağa Məhəmməd xan başda olmaqla yalnız 10 gənc mühasirədən çıxa bilir. Ağa Məhəmməd xan 9 ağır yara almasına baxmayaraq döyüşün axırına qədər yəhər üstdə qalmaq üçün özündə güc-qüvvə tapır. Yorulmuş, ağır yaralar almış döyüşçülər Nəcəf yaxınlığında qarovul qoyaraq yatmaq istəyirlər, lakin Mazandaran hakiminin qoşunları onların üstünə gəlir. Ağa Məhəmməd oyanan kimi müqavimət göstərmək istəsə də, artıq qüvvəsi onu tərk etmişdi. Onun əl-qolunu bağlayıb Tehrana, Kərim xan Zəndin hüzuruna aparırlar. Kərim xan Zənd düz on altı il Ağa Məhəmmədi girov, yaxud "fəxri qonaq" sifəti ilə öz yanında saxlayır.

Onun şəhəri tərk etmək hüququ yox idi. Ağa Məhəmməd xan burada mədrəsəyə getməyə başlayır və sadə bir həyat keçirir. Onun oxuduğu mədrəsədə tanınmış ilahiyyatçı və filosof şeyx Əli Təcrimi dərs deyirdi. Ağa Məhəmməd hər səhər xoruz banından durur, fiziki hazırlıqla məşğul olur, mədrəsəyə gedərək, mühazirələrə qulaq asır, müzakirələrdə iştirak edir, öz yaxınları və həmyerliləri ilə daimi yazışmalar aparırdı.

Ağa Məhəmməd xan ehtiraslı ov azarkeşi idi. O, xüsusilə şahinlərlə birlikdə tülkü ovuna çıxmağı çox sevirdi. Tutduğu tülküləri qonşularına və yaxınlarına hədiyyə edirdi. O vaxt belə hesab edirdilər ki, tülkü evə səadət gətirir. Kərim xan Zənd paytaxtı Şiraza köçürərkən Ağa Məhəmməd xanı da özü ilə aparır. İranın ən qədim təhsil mərkəzlərindən birinə düşən Ağa Məhəmməd təhsilini davam etdirir və bu sahədə böyük uğurlar qazanır. O, ilahiyyatı, fəlsəfəni, riyaziyyatı, astronomiya və astrologiyanı, poeziyanı öyrənir. Özünün fenomenal yaddaşına görə, Ağa Məhəmməd sonralar da Qurandan, fəlsəfi əsərlərdən iri sitatlar gətirir və hətta çox da məşhur olmayan şairlərin şeirlərini əzbərdən deyirdi. Ədəbi məclislərdə onun böyük hörməti vardı, müxtəlif məsləhət və məlumatlar almaq üçün onun yanına gəlirdilər. Filosoflar arasında o, hamıdan artıq XII əsrin Əndəlüs alimi İbn-Tüfeylini sevirdi. Həmin filosofun yaradıcılığı ilə tanış olmaqdan Ağa Məhəmməd bütün ömrü boyu əl çəkməmişdi. Belə deyirlər ki, İbn-Tüfeylinin "Yəqzanın oğlu Həy" adlı fəlsəfi romanını həmişə, həm sarayda, həm də hərbi yürüşlər zamanı öz yanında gəzdirərmiş. O, həmişə bu kitaba istinad edər, daim buradan sitatlar gətirərmiş.

Ağa Məhəmməd bir gün öz həyatına hazırlanan qəsddən xəbər tutur və qardaşlarından, sadiq qulluqçularından ibarət kiçik bir dəstə ilə ov adı altında Şirazdan Mazandarana qaçır.

Səksəninci illərin əvvəllərində o, qacarların liderliyi uğrunda qardaşı Rzaqulu xanla mübarizədə qalib gəlir və bütün Mazandaranı, habelə Astrabadı özünə tabe etdirir. Bu mübarizədə qardaşları da ona yaxından köməklik göstərirlər. 1782-ci ildə Ağa Məhəmməd Astrabada gedir və qardaşları və yaxın qohumları ilə birligdə atası Məhəmməd Həsən xanın qəbrini ziyarət edir.

Zəndlərlə mübarizə Kərim xan Zənd öləndən sonra onun qohumları hakimiyyətə can atırdılar. Onların arasında gedən gərgin mübarizə bir il davam edir. Heç kim hakimiyyətdə duruş gətirə bilmir. Bundan istifadə eləyən Ağa Məhəmməd 500–600 nəfərlik bir dəstə ilə Mazandarandan çıxaraq, İsfahana hərəkət edir. 1785-ci ildə o, həmin şəhəri tutur, oradan Zənd hakimini qovur və bu tayfanın nümayəndələri üzərində qazanılmış bir neçə parlaq qələbədən sonra təqribən bütün Mərkəzi İranı azad edir. həmin döyüşlərdə Ağa Məhəmməd xana qardaşı, istedadlı sərkərdə Cəfərqulu xan Qacar böyük yardım göstərir. Bundan sonra Ağa Məhəmməd o zaman kiçik bir şəhərcik olan Tehranda iqamət edir və 1786-cı ilədə buranı yeni dövlətin paytaxtı elan edir. Elə həmin il o, özünü İran hökmdarı sayan Cəfər xan Zənd üzərində əsaslı bir qələbə qazanır. Qoşunu dağılmış Cəfər xan Şiraza qaçır və çox keçmədən orada sui-qəsd qurbanı olur. Bundan sonra Ağa Məhəmməd xan Gilanı tutur və öz qardaşı Mürtəzaqulu xan Qacarı Astrabad hakimi təyin edir, lakin qardaşı ona dönük çıxaraq, zəndlərin tərəfinə keçir. Buradan da Talışa qaçır və II Yekaterinanın himayəsinə keçmək istəyir. Bir il sonra rus donanmasının köməyinə arxalanan Mürtəzaqulu xan Gilana dönsə də, Ağa Məhəmmədin böyük bir ordu ilə üzərinə gəldiyini eşidən kimi yenidən Rusiyaya qaçır. 1798-ci ildə o, Peterburqda ölür. 1795-ci ildə Gürcüstan yürüşündən sonra Ağa Məhəmməd xan Talış xanlığını Mürtəzaqulu xana kömək etdiklərinə görə cəzalandırır. Bu zaman Azərbaycan, Kürdüstan və Mərkəzi İranın (İraqi-əcəm) hökmdarları qacarların tərəfinə keçirlər. Artıq 90-cı illərin əvvəllərində az qala bütün İran Ağa Məhəmməd xanın tabeliyi altında idi. Onun idarəsi altına keçməkdən imtina edən türkmən yomudlar darmadağın olunur, öldürülənlərin kəllələrindən təpələr düzəldilir. Ağa Məhəmməd Kərim xana o qədər nifrət bəsləyirdi ki, onun cəsədinin qalıqlarını məzarından çıxarıb Tehranda, Gülüstan sarayının girəcəyində basdırtdırır.

Şahlığı 1791-ci ildə Ağa Məhəmməd özünü İran şahənşahı elan edir, lakin bu münasibətlə nəzərdə tutduğu təntənəli mərasimi bir qədər sonraya saxlayır. O, təcili surətdə mərkəzi hakimiyyətin möhkəmləndirilməsi istiqamətində ciddi tədbirlər görür, baş qaldıran xanları yatırır, ölkə daxilində iqtisadi və ticarət əlaqələrinin bərpa olunması üçün əlindən gələn hər şeyi edir, lakin o, köklü inzibati-təsərrüfat islahatları keçirməyə vaxt tapmır. Qacarlarla zəndlər arasında son qanlı döyüş, 1794-cü ilin yayında Girman yaxınlığında baş verir və Ağa Məhəmmədin tam qələbəsi ilə nəticələnir. Bununla da Zəndlər nəslinin adı İran taxt-tacı tarixindən biryolluq silinir. Burada Ağa Məhəmməd şah gürcü çarı II İraklinin və Qarabağ xanı İbrahim Xəlilin Rusiya himayəsinə keçmək niyyətində olduqlarını eşidir. İbrahim Xəlilin sözsüz razılığı ilə İrakli Qacarların dədə-baba torpaqlarını – Qarabağ, İrəvan xanlıqlarını və Gəncəni rus çarına vermək istəyirdi. Gürcüstan çarının bu niyyətini Qacar İranın tabeliyində olan bir şəxsin xəyanəti və Azərbaycan xanlıqlarının daxili işinə qarışmaq kimi qəbul edirdi. Üstəlik Qacar buna əsaslanırdı ki, bir neçə əsr qabaq onun tayfasından olan çox sayda adam bu yerlərə köçürülmüş və həmin torpaqların idarəçiliyində fəal iştirak etmişdi.

1795-ci ildə Ağa Məhəmməd şah Qacar özünün 60 minlik qoşununu Qafqaza yeridir. Qoşun üç yerə bölünür: kiçik bir hissəsi Dağıstan üzərinə keçmək üçün Muğana, əksər hissəsi Ağa Məhəmməd şahın öz başçılığı altında Şuşanı almaq məqsədilə Qarabağa, üçüncü dəstəsi isə şahın qardaşlarının rəhbərliyi altında İrəvan xanlığına doğru yollanır. Keçilməz Şuşa qalasını xüsusi hazırlıq olmadan tutmaq mümkün deyildi və bunu anlayan Ağa Məhəmməd şah qoşunun ağzını Tiflisə tərəf döndərir. Onun dəstəsi güclü müqavimət görmədən İraklinin yaraqlılarını darmadağın edərək, Tiflisə girir. İrakli qaçıb dağlara çəkilir. 22 min dinc sakin qul və kəniz kimi satılır. Tiflis yağmalanıb, dağıdılır.

Qacarın dəstəsi Şuşanı mühasirəyə alarkən II İrakli Gəncəyə hücuma keçmişdi. Və görünür, Şuşanın mühasirəsinin belə tezliklə götürülməsinə və Tiflis üzərinə hücuma bunun da müəyyən təsiri olmuşdu. Gəncə xanı Cavad xan Ziyadoğlunun Ağa Məhəmmədə fəal köməklik köstərməsi də müəyyən dərəcədə Gəncə üzərinə talançı basqınların müqabilində II iraklidən hayıf çıxmaq məqsədi güdürdü. Tiflis alındıqdan sonra bir çox Azərbaycanin cenub xanliqlari Ağa Məhəmməd şaha tabe olduqlarını bildirir. Yalnız İrəvan və Qarabağ xanları onun tabeliyini qəbul etmirlər. 1796-cı ilin yayında Ağa Məhəmməd şahın qardaşlarının komandanlığı altında 20 minlik ordu İrəvana yaxınlaşır. Beş həftəlik mühasirədən sonra qala təslim olur və sülh bağlanır.

Yürüşdən geri qayıdarkən Ağa Məhəmməd xan Muğan düzündə təntənəli tacqoyma mərasimi keçirir. Baxmayaraq ki, Nadirin tacqoyması da Azərbaycanın bu vilayətində keçmişdi, Qacar onun qoyduğu tacı başına qoymaq istəmir. Təzə tac dörd lələkdən ibarət idi. Həmin dörd lələk İran, Hindistan, Əfqanıstan və Orta Asiya üzərində hökmranlığın rəmzi idi. Tacqoyma zamanı Ağa Məhəmməd şaha kiçik bir diadema (çutqabağı) və şah qılıncı da verirlər. Qılınc və çutqabağı Ərdəbildən Şeyx Səfi kompleksindən gətirilmişdi. Görünür, bununla Ağa Məhəmmədin Səfəvi hakimiyyəti ilə varisliyi rəmzləşdirilmişdi. Qacar böyük Səfəvi imperiyasını bərpa etmək arzusu ilə yaşayırdı.

O, öz dövlətində Qacarlar boyundan olanların üstün mövqeyini hər cəhdilə göstərməyə çalışırdı. Qacar öz tayfasından başqa, hakimiyyət uğrunda mübarizəsində türkmənşəli Azərbaycan tayfaları olan Əfşarlar, Xələclər, Bayatlar və Qaragözlülərin köməyinə arxalanırdı. Ağa Məhəmməd şah taxt-tacını varisi Baba xana vəsiyyət edərkən demişdi: