Hadisələr 5 yanvar — SSRİnin Polşa Respublikasının müvəqqəti hökumətini tanıması. 12 yanvar — Sovet qoşunlarının irimiqyaslı Visla-Oder əməliyyatına başlaması. 17 yanvar — Sovet qoşunları tərəfindən Varşava şəhərinin azad edilməsi. 19 yanvar — Sovet qoşunları tərəfindən Lodz şəhərinın azad edilməsi. 23 mart — Rumıniyada aqrar islahat haqqında qanunun qəbul olunması. 27 mart — Argentinanın Almaniyaya və Yaponiyaya müharibə elan etməsi. 4 aprel — Macarıstanın azad ediməsinin başa çatması. 12 aprel — ABŞ prezidenti Franklin Ruzveltin vəfat etməsi. 16 aprel — Sovet qoşunlarının Berlin əməliyyatına başlaması. 24 aprel — Müttəfiq qoşunlarının Po çayını keçərək İtaliya ərazisinə daxil olması. 25 aprel San-Fransiskoda Millətlər Birliyinin konfransının açılması. Sovet və Amerika qoşunlarının Elba çayı sahilində Torqau şəhəri yaxınlığında görüşü 3 may — İngilis-hind qoşunları tərəfindən Birmanın paytaxtı Ranqun şəhərini yapon qoşunlarından azad etməsi. 5 may — Danimarkadakı faşist qoşunlarının təslim olması 14 may — Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat Muzeyinin rəsmi fəaliyyətə başlaması. 24 iyun — Moskvada Qızıl Meydanda Alman faşizmi üzərində qələbə münasibətilə parad keçirilməsi. 6 avqust: ABŞ tərəfindən Yaponiyanın Xirosima şəhərinə atom bombasının atılması. SSRİ ilə Rumıniya arasında diplomatik münasibətlərin yaradılması. 8 avqust — SSRİ tərəfindən Yaponiyaya müharibə elan edilməsi. 9 avqust — ABŞ tərəfindən Yaponiyanın Naqasaki şəhərinə atom bombasının atılması. 19 avqust — Vyetnam kommunistlərinin qüvvələri tərəfindən Hanoy şəhərini ələ keçirməsi. sentyabr — ABŞ prezidenti Harri Trumen tərəfindən "Ədalətli xətt" proqramının irəli sürülməsi. 24 oktyabr BMT Nizamnaməsinin qüvvəyə minməsi. SSRİ ilə Avstriya arasında diplomatik əlaqələrin tamamilə bərpa edilməsi. Suriyanın BMT-yə qəbul olunması. 27 dekabr — 28 dövlətin iştirakı ilə Dünya Bankının yaradılması. 28 noyabr – Ermənistan rəhbəri H. Arutinov Stalinə müraciət edərək etnik Azərbaycan torpağı olan Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini xahiş edir. 23 mart- SSRİ Xalq Sovetinin qərarı ilə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının bazasında Azərbaycan SSR Elmlər Akademiyası yaradıldı.
Doğumlar 2 yanvar — Səməndər Rzayev, Azərbaycan SSR Xalq Artisti 14 may – Yohanan Vollax — İsrail futbolçusu. 30 may – Antonino Leftiy, ukraynalı aktrisa, 15 iyun — Amaliya Pənahova — Azərbaycanın xalq artisti, Prezident təqaüdçüsü 25 iyun — Hüseynbala Mirələmov — yazıçı, professor. 18 oktyabr – Yıldo — Türkiyə futbolçusu, şoumen, serial oyunçusu 21 oktyabr – Nikita Mixalkov, rus kino rejissoru. 30 mart — Şəfiqə Məmmədova — aktrisa, Azərbaycan SSR xalq artisti
Ölümlər 8 fevral — İtalo Santelli — Qılıncoynatma idmançısı. 12 aprel — Franklin Ruzvelt — ABŞ prezidentı. 28 aprel — Benito Mussolini, Faşist İtaliyasının rəhbəri, duça. 30 aprel — Adolf Hitler, Faşist Almaniyasının rəhbəri, fürer. 25 may — Demyan Bednı — rus və sovet yazıçısı və şairi. Lloyd Corc Devid — Böyük Britaniyanın dövlət və siyasi xadimi
İstinadlar