() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Arealı İlk dəfə Qafqazda təsvir edilmişdir. Təbii halda Krım, Balkan, Kiçik Asiya və İranda yayılmışdır.
Botaniki xarakteristikası Alçaqboylu ağac və ya koldur. Tumurcuqları xırda, qonurdur. Cavan zoğları yaşılımtıl və ya sarımtıldır. Yarpaqları təklələkvari, hər yarpaq oxunda 3-11 ədəd yarpaqcığı olur. Yarpaqcıqları uzunsov-neştərvari, qaidə hissəsi dəyirmi və ya azacıq pazvari, ucu sivri, kənarları mişardişili, üstdən yaşıl, çılpaq, altdan isə açıq-yaşıl və damarları boyunca seyrək tükcüklüdür.
Çiçəkləri süpürgə çiçək qrupunda yerləşir. Aprel-may aylarında çiçəkləyir, meyvəsi iyul-oktyabr aylarında yetişir.
Ekologiyası Rütubətli, münbit torpaqlarda bitir. İstiyə, şaxtaya davamlıdır.
Azərbaycanda yayılması Kiçik Qafqaz və Naxçıvanda aşağı və orta dağ qurşağı meşələrdə bitir.
İstifadəsi Yaşıllaşdırmada və eroziyaya uğramış dağ yamaclarında, meşəsalmada istifadə olunur.
Sinonimləri Homotipik sinonimləri
Yarımnövləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Avropa florası Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Asiya florası Kateqoriya:Afrika florası Kateqoriya:25–29 ID olan Taksonbar Kateqoriya:Martin Val tərəfindən adlandırılmış taksonlar