Aşiqlər qısametrajlı sənədli-bədii televiziya filmi rejissor Rafiq Dadaşov tərəfindən 2008-ci ildə çəkilmişdir. Azərbaycan televiziyasında istehsal edilmişdir. Bədii-sənədli estetika əsasında çəkilən film Qarabağın və Azərbaycanın bu guşəsi ilə bağlı olan Cavanşirlər nəslinin 3 övladının — XVIII əsrdə yaşamış Məhəmməd bəy Aşiq, XIX əsrdə yaşamış Əbdüssəməd bəy Aşiq və XX əsrdə yaşamış Xosrov bəy Cavanşirin taleyi haqqındadır. Bədii səhnələrdə əsas rolları Vaqif Şərifov, Elşən Rüstəmov, Şövqi Hüseynov və Vüqar Məmmədəliyev ifa edirlər

Məzmun Bədii-sənədli estetika əsasında çəkilən film Qarabağın və Azərbaycanın bu guşəsi ilə bağlı olan Cavanşirlər nəslinin 3 övladının — XVIII əsrdə yaşamış Məhəmməd bəy Aşiq, XIX əsrdə yaşamış Əbdüssəməd bəy Aşiq və XX əsrdə yaşamış Xosrov bəy Cavanşirin taleyi haqqındadır. Öz dövrlərinin nüfuzlu şair və ictimai xadimi olan bu 3 şəxsiyyət rus və sovet imperiyaları vaxtında təqib və repressiyaya məruz qalmışdır.

Film haqqında Filmin ssenarisi Azad Qaradərəlinin "Aşiqlər" kitabının motivləri əsasında yazılmışdır.

Film üzərində işləyənlər Əsərin müəllifi: Azad Qaradərəli Ssenari müəllifi: Camal Yusifzadə, Azad Qaradərəli Rejissor: Rafiq Dadaşov Operator: Adil Abbasov

Rollarda Vaqif Şərifov — Feyzulla Qasımzadə Elşən Rüstəmov — Xosrov bəy Cavanşir Şövqi Hüseynov — NKVD işçisi Vüqar Məmmədəliyev — yalançı şahid Elrada Ələkbərova — Xosrovun sevgilisi Sadiq Bayramov

Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 2008-ci ilin Azərbaycan filmləri 2000-ci illər Azərbaycan filmlərinin siyahısı

Kateqoriya:2008-ci ilin filmləri Kateqoriya:2008-ci ilin Azərbaycan filmləri Kateqoriya:Cavanşirlər haqqında filmlər