Ridinq — Amerika Birləşmiş Ştatlarının Pensilvaniya ştatının Berks əyalətində şəhər. 87.575 əhalisi olan bu şəhər Pensilvaniyada beşinci böyük şəhərdir."Reading (city) QuickFacts from the US Census Bureau" . census.gov. Retrieved October 20, 2017."Find a County". National Association of Counties. Archived from the original on May 31, 2011. Retrieved June 7, 2011."Census Shows Reading, Berks growth spurt" . Retrieved March 13, 2011. Ştatın cənub-şərq hissəsində yerləşir və Böyük Ridinq ərazisinin əsas şəhəridir.

2010-cu ilin siyahıyaalmasına görə, ölkə ərazisində yoxsul vətəndaşların ən yüksək payı Ridinq şəhərindədir.Tavernise, Sabrina (September 26, 2011). "Reading, Pa., Knew It Was Poor. Now It Knows Just How Poor" . The New York Times.

Son illərdə Ridinq velosipedlərin dayanaçağına çevrilmişdir. Şəhər Beynəlxalq Dağ Velosiped Assosiasiyasının Hərəkət Mərkəzidir və 2017-ci il sentyabr ayının 8-9-da Ridinq Redsport Festivalına ev sahibliyi etmişdir."Reading (PA) Bronze-level | International Mountain Bicycling Association" . www.imba.com. Retrieved 2016-10-14."Reading Radsport Festival | September 8, 2017" . www.readingradsport.com. Retrieved 2017-11-14.

Tarixi Delavarlar hindliləri kimi tanınan Delavarlar Ridinq ərazisində məskunlaşan ilk xalq hesab olunurlar.

Pensilvaniya koloniyası 1680-ci ildə yaradılmışdır və torpaq sahəsi İngiltərə kralı II Çarlesdən Uilyam Pennə hədiyyə edilmişdir. 120000 km2 -dən çox torpağa sahib olan bu hədiyyə onun atası Ser Uilyam Pennin  şərəfinə adlandırılmışdır.

Coğrafiyası Ridinq Filadelfiyadan 105 km şimaı-qərbdə Pensilvaniya ştatında yerləşir. ABŞ siyahıyaalma bürosunun məluamtlarına əsasən,şəhərin ümumi sahəsi 26 km²-dir. Bunun 25 km²-i quru sahəsi, 0.52 km²-i isə su sahəsidir. Şəhər qərbdən Skulkill çayı ilə, şərqdən Mount Penn və cənubdan Neversink dağı ilə sərhəddir.

İqtisadiyyatı Ridinq şəhərində və ətrafında yerləşən bölgələrdə olan şirkətlərə Boscov's, Carpenter, GK Elite Sportswear, Penske Truck Leasing və Redner's Markets daxildir.

2012-ci ildə "The New York Times" qəzetində "ölkənin ən kasıb şəhəri" adlandırıldı."The Beleaguered Middle Class". The New York Times. June 13, 2012

Berks Əyaləti İcma Fondunun və Kutztaun Universiteti Kiçik Biznesin İnkişaf Mərkəzinin proqramı olan Jump Start İncubator sahibkarlara ərazidə yerni müəssisələr açmağa kömək edir."New Director Will Lead Reading's Jump Start Incubator". bctv.org - Local news about Berks County and Reading, Pa. Retrieved 2016-10-14.

İstinadlar

Xarici keçidlər Şəhərin rəsmi internet səhifəsi

Kateqoriya:Pensilvaniya şəhərləri