Şencen (, ) və ya Sham Chun Çin Xalq Respublikasının Quandun əyalətinin əsas şəhəridir. Şəhər Honq Konq xüsusi inzibati bölgəsindən şimalda yerləşir və əyalət altı şəhər inzibati statusuna sahibdir.

Şencen yaşayış məntəqəsinə 1979-cu ildə şəhər statusu verilmişdir. 1980-ci ildə isə burada Çinin ilk xüsusi iqtisadi zonası yaradılmışdır. 2010-cu ildə şəhər əhalisinin siyahıya alınması nəticələrinə əsasən əhalinin sayının on milyon nəfəri keçdiyi müəyyənləşmişdir. Şencen 1990-cı və 2000-ci illərdə dünyanın ən sürətlə böyüməkdə olan şəhərlərindən biri hesab olunurdu.

Şəhərin hazırkı inkişafının əsas mənbəyi 1979-cu ilin sonlarında xüsusi iqtisadi zonanın yaradılması və xarici investisiyanın artması hesab olunur. Şencen Çinin cənubunda əsas maliyyə mərkəzi hesab olunur. Şəhərdə bir çox tanınmış transmilli şirkətlərin baş qərargahları yerləşir. "Z/Yen Group" və Qətər Maliyyə Mərkəzi tərəfindən 2017-ci ildə nəşr olunmuş Qlobal Maliyyə Mərkəzləri İndeksi hesabatında Şencen 22-ci yerdə qərarlaşmışdır. Şəhər, həmçinin dünyanın ən işlək konteyner limanlarından biri hesab olunur.

Həmçinin bax Çin iqtisadiyyatı Çin şəhərləri

İstinadlar

Xarici keçidlər Shenzhen Government Online ShekouDaily: English Language News and Resources

Kateqoriya:Çin şəhərləri Kateqoriya:Çinin milyon nəfərdən çox əhalisi olan şəhərləri