Miranda — Uranın 5 sferoid peykindən ən kiçiyi və ən yaxını. Miranda Cerard Koyper tərəfindən 1948-ci il fevralın 16-da Teksasda yerləşən Mak-Donald rəsədxanasında aşkar edilmiş və Uilyam Şekspirin "The Tempest" adlı əsərindən Miranda adına layiq görülmüşdür. Uranın digər böyük peykləri kimi, Miranda da planetin ekvatorial müstəvisinə yaxın dövr edir.

470 km diametri olan və hidrostatik tarazlıqda olduğuna inanılan Miranda Günəş sistemində ən yaxından izlənilən obyektlərdən biridir.

Mirandanın yaxından çəkilmiş yeganə görüntüləri 1986-cı ilin yanvarında Urana uçuşu əsnasında Mirandanı müşahidə etmiş Voyacer 2 zondu tərəfindən çəkilmişdir. Uçuş zamanı Mirandanın cənub yarımkürəsi Günəşə doğru yönəldiyindən yalnız bu hissə tədqiq edilmişdir.

İstinadlar

Kateqoriya:Uranın peykləri