Varba adası () — Fars körfəzində, Küveytə məsxus olan ada. Adanın sahəsi 37 km²-dir. Adada yaşayış yoxdur. Adada Birləşmiş Millətlər Təşkilatı tərəfindən qismən maliyyələşdirilən M-1 adlı bir sahil mühafizə postunu saxlanılır. Coğrafiya Küveytin materik hissəsindən 100 metr, Bubiyan adasından 1.5 km, İraqdan isə 1 km aralıda yerləşir. Şəttül-Ərəb çayının məsəbində qərarlaşır. Adanın uzunluğu 15 km, eni isə 5 km-dir.

Ərazi iddiaları 1994-cü ilin noyabrında İraq rəsmi sürətdə Küveytlə sərhədi tanımışdır. Bununlada onun adaya olan iddiası sona çatmışdır. 2002-ci ilin dekabr ayının əvvəlində İraqın işğalı ilə əlaqədar olaraq, İraq gəmisi iki Küveyt sahil mühafizəsi patrul gəmisinə atəş açmışdır. Hücumda ABŞ hərbi qulluqçusu və iki Küveyt sahil mühafizəçisi yaralanmışdır.

İstinadlar

Kateqoriya:Küveyt adaları Kateqoriya:İraqın ərazi mübahisələri Kateqoriya:Küveytin ərazi mübahisələri‎