Astara Dövlət Rəsm Qalereyası- 1979-cu ildən fəaliyyət göstərir. Qalereya rayon Mədəniyyət evində yerləşir. Burada 7-nəfər işçi çalışır, onlardan 1 nəfəri Ali ixtisas, 1-i orta ixtisas, qalanları isə ümumi orta təhsillidir. Qalereya fond saxlayan otaqdan sərgi zalından ibarətdir.
Ekspozisiyası Astara rayon Dövlət Rəsm Qalereyası Rəsm Qalereyasının fondunda 119 ədəd ekspanat toplanmışdır. Qalereyada olan eksponatlar janrlar üzrə aşağıdakı kimidir: 78- ədəd — nəqqaşlıq əsərləri 33-ədəd — qrafika əsərləri 8-ədəd — heykəltaraşlıq əsərləri.
Fəaliyyəti Əlamətdar tarixi günlər, yubileylər, əlamətdar hadisələrlə əlaqədar sərgilər, baxış-müsabiqələri, foto-stendlər, montaj lövhələri, tematik rəsm sərgiləri, Gənc fotoqrafların sərgisi və s təşkil edilir. Yerli rəssamlar rayon Dövlət Rəsm Qalereyasının Fonduna 27 rəsm əsəri hədiyyə etmişlər. Fəaliyyət göstərdiyi son illərdə ərzində Astara rayon Dövlət Rəsm Qalereyası bir sıra Beynəlxalq, Ümumrespublika və rayon miqyaslı tədbirlərdə sanballı nəticələr əldə etmişdir.
Dərnəklər Rəssamlıq Tikmə-biçmə Toxuma (toxuçuluq)
Həmçinin bax Astara Astara rayonu Astara (Azərbaycan) Astara Tarix-Diyarşünaslıq Muzeyi
Xarici keçidlər
İstinadlar
Kateqoriya:Azərbaycan rəsm qalereyaları