Felipe Almeyda Feliks — futbolçu.

Həyatı 20 aprel 1985-ci ildə anadan olub. Feliks 2009-cu ilin martında ailə həyatı qurub. O, rusiyalı Mariya Karolinaya ilə evlənib.

Karyerası Karyerasına Braziliya A Seriyasında çıxış edən Atletiko Paranaensedə başlayıb. İki ilə yaxın orada oynadıqdan sonra Portuqaliyaya yollanıb. Üç il ikinci divizionda çıxış edən Beyra Marın şərəfini qoruyub. Və bu zaman Rusiyanın Spartak (Nalçik) klubundan ciddi təklif gəlib və razılaşaraq onlarla üç illik müqavilə bağlasa da, ilyarımdan sonra 2009-cu ilin yayında Bakıya 6 aylıq icarəyə verilib. Bakının heyətində 2009/2010 mövsümündə Avropa kuboklarında meydana çıxdığı 5 oyunda 4 qol vurub. Unibank Premyer Liqası 2009/2010-un 12-ci turunda Xəzər-Lənkəran ilə oyunu aşağı səviyyədə keçirən və qarşılaşmadan sonra qırmızı vərəqə alan braziliyalı Feliks Almeyda Bakı klubundan qovulub. Braziliyalının komandadan qovulmasına özünü yaxşı aparmaması səbəb olub.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Braziliya futbolçuları Kateqoriya:Yaponiyada legioner futbolçular Kateqoriya:Çində legioner Braziliya idmançıları Kateqoriya:Bakı FK futbolçuları Kateqoriya:Braziliyanın kişi futbolçuları Kateqoriya:Legioner Braziliya futbolçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Macarıstan futbol çempionatının futbolçuları Kateqoriya:Rusiya Premyer Liqası futbolçuları Kateqoriya:J2 Liqa futbolçuları Kateqoriya:Atletiko Paranaense FK futbolçuları Kateqoriya:Ferentsvaroş FK futbolçuları Kateqoriya:Spartak-Nalçik FK futbolçuları Kateqoriya:Çində legioner futbolçular Kateqoriya:Azərbaycandakı əcnəbi kişi futbolçular Kateqoriya:Rusiyada legioner futbolçular Kateqoriya:Portuqaliyadakı əcnəbi kişi futbolçular