Əbu Abdillah Məhəmməd ibn Həsən ibn Fərqəd əş-Şeybani (; ) — Əbu Hənifənin tələbəsi, əsərləri ilə hənəfi məzhəbinin görüşlərini yazıya köçürən müctəhid. Əsərləriylə hənəfiliyin sistemləşməsində və yayılmasında təsiri olmuşdur. Onu Əbu Yusiflə birlikdə, hənəfi məzhəbinin iki imamı mənasında "imameyn" adlandırırlar. Hənəfi məzhəbi üsulunda, Məhəmməd ibn Həsən əş-Şeybani ilə Əbu Yusifin görüşü bir mövzuda birləşdiyində, Əbu Hənifənin görüşü seçilər və o mövzuda hənəfi məzhəbinin görüşünü təmsil edər. Adı Məhəmməd, künyəsi isə Əbu Abdullahdır.

Həyatı

Doğumu Məhəmməd əş-Şeybani hicri 132-ci (749–50) ildə ildə Vasitdə doğulmuşdur.

Təhsili Təhsilini Kufədə almışdır. Ona atasından otuz min qızıl miras qalmışdır. Bu da onun təhsil almasını asanlaşdırmış və bütün sərvətini bu yolda istifadə etmişdir. Kiçik yaşda Əbu Hənifənin dərslərində iştirak etməyə başlayır. Əbu Hənifənin 767-ci ildəki ölümündən sonra, fiqh təhsilini Əbu Yusifdən tamamlayır. Məhəmməd, Əbu Hənifənin öldüyü vaxt on səkkiz yaşında idi. Məhəmməd ibn Həsən, müxtəlif bölgələrə elmi səyahətlər etmişdir. Dəməşqdə Əvzainin, Məkkədə Süfyan ibn Uyeynənin və Xorasanda Abdullah ibn əl-Mübarəkin yanına gedərək bu şəxslərdən təhsil almışdıır. Bəsrədə də bir çox alimdən dərs almışdır. O, bu səyahətlərindən ən əhəmiyyətlisini Mədinəyə etmişdir. Məhəmməd burada üç il Malik ibn Ənəsin dərslərində iştirak etmiş və dəfələrlə "Muvatta"nı ondan dinləmişdir.

Tələbələri Mədinədəki bu təhsiliylə Məhəmməd, Rəy əhlinin üsuluyla, hədis əhlinin üsulunu birləşdirir. İraqa qayıtdığında şöhrəti hər tərəfə yayılrır, bir çox tələbə ondan dərs alır. Bu tələbələrin ən əhəmiyyətlilərindən biri Əsəd ibn əl-Furatdır. Daha əvvəl Malik ibn Ənəsdən dərs alan Əsəd, Məhəmmədin yanına gələrək, tələbəlik edir. Daha sonra Afrikaya qayıdıb Məhəmmədin təsiriylə Afrika və Mərakeşdə Əbu Hənifənin fiqhi ictihadlarını və görüşlərini xalqa nəql etir. Bir digər əhəmiyyətli tələbəsi isə Şafiidir. Şafii, Məhəmməddən təhsil alaraq onun əsərlərini istinsax (nüsxələrini çoxaldır) edir. Digər əhəmiyyətli tələbələri isə Əbu Həfs əl-Kəbir, Əbu Süleyman əl-Cürcani, Əbu Ubeyd Qasım ibn Səllam, Yəhya ibn Əksəm, İsmayil ibn Tövbə kimi alimlərdir.

Həbsi Harun ər-Rəşid, qazılıq vəzifəsini qəbul etməyən Məhəmmədi iki ay həbs etmişdir. Daha sonra Məhəmməd bu qərarından əl çəkdikdə onu yay iqamətgahının yerləşdiyi Raqqaya qazı təyin etmişdir.

Yəhya ibn Abdullahın üsyanı 792-ci ildə zeydi imam Yəhya ibn Abdullahın üsyanı məsələsində, Harun ər-Rəşid, Məhəmmədlə fikir mübadiləsi aparır. Nəticədə Məhəmməd əş-Şeybani xəlifənin etibarını itirir və Əlioğulları tərəfdarı olmaq şübhəsi altında düşür. Əsərləri yoxlanılır, üsyan mahiyyətli cümlələrin olub olmadığına baxılır və bu vaxt da qazılıq vəzifəsindən də azad edilir. Məhəmməd ibn Həsən əş-Şeybani, qazılıq vəzifəsindən azad edildikdən sonra, 805-ci ilə qədər Bağdadda qalır. Bu vaxt xəlifəylə münasibətləri yaxşılaşır və yenidən vəzifəyə gətirilərək, Xorasanda qazılıq vəzifəsinə təyin edilir.

Ölümü Məhəmməd əş-Şeybani hicri 189-cu (805) ildə Reydə vəfat edir. Həmin gün əl-Kisai də vəfat edir. Harun ər-Rəşid:

— deyərək itkinin böyüklüyünü dilə gətirir.

Əsərləri Məhəmmədin nitqi və yazı qabiliyyəti yüksək səviyyədə olduğundan asan yazmışdır. Hənəfi fiqh məsələlərini yığıb sonrakı nəsillərə köçürən məhz o olmuşdur. O, mühüm əsərlər qələmə almış, hamısı da dövrümüzə qədər gəlib çatmışdır. Əsərləri ümumi olaraq iki yerə bölünür:

Zahirur-Rəvayə kitabları: Əl-Məbsut və ya əl-Əsl. Əz-Ziyadat. Əl-Camius-Sağir. Əl-Camiul-Kəbir. Əs-Siyǝrus-Sağir. Əs-Siyərul-Kəbir.

Bunların hamısı fiqh (islam hüququ) ilə əlaqədardır. Bu kitabları Məhəmməd əş-Şeybani təvatür yoluyla Əbu Hənifə və ya Əbu Yusifdən rəvayət etdiyi üçün "açıq rəvayətli, rəvayətində şübhə olmayan" mənasında Zahirur-Rəvayə deyilmişdir. Özünün görüşləri də bu kitablardadır. Bu altı kitab içindəki mövzular hənəfi fiqhinin bünövrəsini təşkil etdiyi üçün bunlara "əl-Üsul" adı da verilmisdir. Zahirur-Rəvayə kitabları, Hakim əş-Şəhid tərəfindən qısaldılaraq bir yerə yığılmış və əsər "əl-Kafi" adlanmışdır. Bu kitab, öz dövründə hənəfi məzhəbinin görüşlərini, füru məsələlərini öyrənmək istəyənə kafi qəbul edilmişdir. Bu müəllifin "əl-Müntəqa" adında bir əsəri də vardır. Bu əsərə nəvadir məsələlər də daxildir. "Əl-Kafi", daha sonra, əs-Səraxsi tərəfindən şərh edilmiş və "əl-Məbsut" adlı bu əsər otuz cild halında nəşr edilmişdir. Əs-Səraxsi, bu əsərinin bir hissəsini həbsdə ikən tələbələrinə yazdırmışdır. Hənəfi məzhəbində "əl-Məbsut" adını daşıyan başqa əsərlərdə də vardır. Digər Məbsutlar sahiblərinin adları ilə xatırlanır. Bunlar Məhəmmədin "əl-Məbsut" adlı əsərinin şərhidir. Digər məzhəblərdə də Məbsut adlı əsərlərə rast gəlinir. Əs-Səraxsinin "əl-Məbsut"u hənəfi fiqhinin ən mötəbər kitablarından biridir. Məsələlərin söykəndiyi dəlillər qeyd edilir.

Nadirur-Rəvayə Kitabları: Keysaniyyat kitabı. Məhəmməddən Şueyb ibn Süleyman əl-Keysani tərəfindən rəvayət etdiyi üçün əsərə bu ad verilmişdir. Haruniyyat. Harun ər-Rəşidə təqdim edildiyi üçün bu ad verilmişdir. Cürcaniyyat. Cürcanda yazıldığı və ya Əli ibn Saleh əl-Cürcani rəvayət etdiyi üçün bu ad verilmisdir. Raqqiyat. Məhəmməd əş-Şeybani Raqqa qazısı olduğu vaxtlarda baxılması üçün ona həvalə olunan məsələləri özündə etiva edir. Ziyadətüz-Ziyadat, "əz-Ziyadat"ı tamamlayıcı mahiyyətdədir.

Bu kitablara "Nəvadirur-Rəvayə" və ya "Qeyri-Zahirur-Rəvayə" deyirlər, çünki bu kitabların rəvayəti təvatür dərəcəsində deyildir. Bunlardan başqa:

Ər-Rəddi alə Əhlil-Mədinə. Bu əsrdə Əbu Hənifənin rəyləri ilə mədinəlilərin rəyləri arasındakı ziddiyyətləri izah edir. Kitabul-Əsar: Bu əsərində Əbu Hənifədən rəvayət etmiş olduğu mərfu və mürsəl hədisləri cəmləmişdir.

Həmçinin bax

Hənəfilərin siyahısı

İstinadlar

Kateqoriya:Sünni müsəlman İslam alimləri Kateqoriya:Hənəfilər Kateqoriya:Müsəlman teoloqlar Kateqoriya:Müsəlman dini liderlər Kateqoriya:Sünni imamları Kateqoriya:Müctəhidlər Kateqoriya:VIII əsr ərəbləri Kateqoriya:IX əsr yazıçıları